SON DƏQİQƏ

AzTV-nin baş redaktoru koronadan vəfat etdi

Tarix:

3-07-2020, 08:00

/ 2 909 dəfə oxundu.
AzTV-nin baş redaktoru koronadan vəfat etdi

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev koronavirusdan dünyasını dəyişib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı tanınmış politoloq Elçin Mirzəbəyli paylaşıb.

"Lənətə gəlmiş koronavirus tələbə yoldaşım, ailəvi dostum, qonşum, çox istedadlı rejissor, gözəl insan Etibar Babayevin də həyatına son qoydu.

Allah rəhmət eləsin. Sözün bitdiyi yerdəyəm”, - E.Mirzəbəyli qeyd edib.

Xatırladaq ki, E.Babayev uzun illər sevə-sevə izlədiyimiz "Kinoklub"un yaradıcısı idi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ