SON DƏQİQƏ

Zəmanənin çarxı

Tarix:

22-06-2020, 09:40

/ 4 298 dəfə oxundu.
Zəmanənin çarxı

Ədib İSAOĞLU

İsa babanın dadlı duzlu söhbətləri olduğu kimi ibrətamiz nəsihətamiz sözləri də çox idi.
Deyirdi ki, bir gün xeyriyəçi Hacı Zeynalabdin Tağıyev qızını şəhərdə gəzdirirmiş, qarşılarına yaraşıqlı və gözəl bina çıxır. Sara xanım atasına deyir:
Ata nə gözəl binadır.
Hacı deyir bizimdir. Qarşılarına başqa bir gözəl bina çıxır qız yenə deyir:
Ata buda qəşəng binadır, Hacı deyir, buda bizimdir.
Ata bəs bu necə buda bizimdir? Hacı qızına deyir, qızım əslində bunlar bizim deyil ki, zəmanə
bizimdir.
Sonrada Hacıya rəhmət oxuyub, başlayardı öz söhbətlərinə o söhbətlərə ki, xatirələrdə qalıb köhnəlmiş, amma danışdıqca qızıldan qiymətli söhbətlərə.
Hə əziz oxucular, İsa baba belə nağıl edirdi ki, Padişahın qızı Padişahın oğluna ərə gedirdi. Gəcavədə xoşbəxt-xoşbəxt yırğalanan gəlin baxdı yolun kənarında bir dərviş oturub. Gəlin gəcavəni dayandırıb Dərvişi çağırdı yanına:
Ağa Dərviş bu gün mənim toyumdur, mənə yaxşı bir dilək, yaxşı bir gün arzula.
Qızım bundan yaxşı gün var ki, mən sənə arzulayım? Şah qızısan Şah oğluna ərə gedirsən. Qızım sən sadəcə Ulu Tanrıya dua et ki, zəmanənin çarxını beləcə tutub saxlıyasan, dəyişməyə qoymayasan.
Şah qızı boynundakı bahalı boyunbağını açıb verdi Dərvişə.
Ağa Dərviş bundan sonra dilənməyinə ehtiyac qalmaz bu boyunbağının qiyməti sənin ömrünün axırına qədər səni yaşadar.
Gün keçdi dövran döndü, Padişahı devirdilər taxt tacdan yendirib asdılar, ailesini isə sürgün elədilər. Padişah gəlini artıq dilənçilik edirdi. Dərvişin isə, işi elə həmin iş idi, elə dilənib qəsidə oxumağına davam edirdi. Bir gün Dərviş gördü ki, Padişahın gəlinidə dilənir. Tez qıza yanaşıb soruşdu.
Qızım məni tanıdınmı?
Yox, Ağa Dərviş. Qızım sənə dedim axı, zəmanənin çarxını tut saxla, səndə saxlaya bilmədin çünki mümkün deyil. İndi al bu özünə aid olan boyunbağını sat dolan dilənmə.
Hə hörmətli oxucular o məmurlar ki var ha, işdən çölə atilandan sonra rüşvətlə, oğurluqla yığdıqları varidatları üzə çıxır ha, dövlət babada əllərində olan-qalanı alıb basır içəri, onlara deyin ki, Heç olmasa Padişahın gəlini qədər fərasətiniz olsun. Və birdə deyin ki, qohum-əqrabaya, dost-tanışa, başçısı olduğunuz rayonun kasıblarına əl tutun ki sonra peşman olmayasınız. Sonra kı peşmançılıq fayda vermir.
Ruhun şad olsun İsa Baba.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ