SON DƏQİQƏ

Sehirli Kağız...

Tarix:

4-06-2020, 19:13

/ 3 356 dəfə oxundu.
Sehirli Kağız...

Ədib İSAoğlu

İsa babanın dadlı, duzlu, məzəli bir əhvalatı yadıma düşdü. İsa baba deyir Aralıq kəndində yaşadığımız vaxtlar idi, oturub Arpaçayının kənarında çaya baxırdım. Birdə gördüm bir cavan oğlan şalvarın çirmələyib özünü vurub çaya gəlir bizim evə tərəf.
Oğlan çatar-çatmaz Dədəmi soruşdu:
Molla Məhəmməd əmi evdə?
Dədəm evdə yox idi, dedim nə lazımdır niyə belə təlaşlısan?
Dedi İsa, bir qız istəyirəm, ancaq qızın məni görməyə gözü yoxdur gəlmişəm Məhəmməd əmi mənə bir dua yazsın, bəlkə qız yola gələ. Hansıki, Dədəm heç vaxt dua yazmayıb .
Dədəm gələndə deyərəm yazar narahat olma. O gedən kimi, götürdüm qələm kağızı üç dənə cızma qara edib üçkünc bükdüm. Axşam baxdım bu Məcnun özünü yetirdi. Duaları verib dedim:
Dədəm deyir bax bu duanı uca cəviz ağacı tap as onun lap kəlləsindən, külək bu duanı yellədikcə, qızın ürəyidə səndən ötürü əsəcək. Bax bu duanı, iki köhnə qəbirin arasına basırarsan ki, bu dua sayəsində siz birləşəcəksiniz. Bu duanı isə elə yerə basdır ki, qız evlərinin qapısından çıxanda duanın basdrıldığı yeri görsün. Hər dəfə duanı görəndə elə biləcək səni görür.
Qəsdən işi qəlizləşdirirəm ki, özümə və Dədəmə haqq qazandıra bilim. O vaxtlarda ətrafda uca cəviz olmadığından yazıq basıb gedib Ordubadda uca cəviz axtarırmış. Bir ay tamam olmamışdı baxdim bu oğlan gəlir, dedim yəqin məsələnin üstü açılıb, gəlir Dədəmə şikayətə. Bir istədim evdən qaçım, sonra fikirləşdim ki, Dədəmə desə lap pis olar. Tez onu qabaqladım ki, nə yaxşı belə?
Molla Məhəmməd əmimin nəmərin gətirmişəm toyumuz oldu. Yazıq Dədəmin nədən xəbəri var, dedim ver mən verərəm. Bu yazıq dua edə-edə çıxartdı bır bağlama, 30 manatda pul. Oğlanı yola salandan sonra bağlamanı açdım ki, olar iki kilo rəngli çərçi konfeti, birdə bir dəst kostyum. Pulu özüm götürdüm, konfetlədə kostyumu verdim Dədəmə. Yazıq Dədəm hər yerdə deyirdiki, İsa bu aclıq vaxtı mənə kostium alıb. Bu yazının dinə, inanca, duaya, mollaya qətiyyən dəxli yoxdur ha.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ