SON DƏQİQƏ
» » “Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb

“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb

Tarix:

1-06-2020, 09:36

/ 1 488 dəfə oxundu.
“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.

"Report” xəbər verir ki, iddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ