SON DƏQİQƏ

Qənirə xanımın NAZİRLİYİ

Tarix:

23-05-2020, 11:04

/ 4 462 dəfə oxundu.
Qənirə xanımın NAZİRLİYİ

Söz-söhbət gəzir ki, Qənirə Paşayeva Mədəniyyət naziri olacaq.

Niyə də olmasın? Bəziləri də deyir ki, o da obirilər kimi yeyib dağıdacaq, bəziləri isə deyir o xanımın indidən hektarlarla torpağı var o gəlib neynəyəcək?

Sizdən soruşmaq istəyirəm, məgər Qənirə xanımın indiyə qədər gördüyü işlər, onun Türk dünyasının sevimli bir vətəndaşı olaraq qürur duyması, bir deputat kimi seçicilərinin hörmətini qazanması, xalqın problemlərini Milli Məclisdə qaldırması, deputatların çoxundan fərqli olaraq Milli məsələləri önə çəkməsi, tariximizin keşiyində durması və saymaqla qurtarmayan Milli ruhda gördüyü əməli işlər, bunlar əsas vermir ki, Qənirə xanım mədəniyyətimizin keşiyində dursun?

Ataların bir məsəli var: "Ad adamı bəzəməz, adam adı bəzəyər” və ya "Acı danışan şirin söz eşitməz” bunları özündə əks etdirən insanların hörmətini qazanan, onlarla daim ünsiyyətdə olan, xalqın arasından yüksəklərə qalxaraq hörmət qazanan bir Türk xanımının mədəniyyətimizin başında durması təqdirəlayiq olardı.

Qənirə xanımın NAZİRLİYİ OLSUNMU?

PS: Yazını yazanda fikirləşdim ki, birdən Prezidentin Qənirə xanımla bağlı sərəncamı olar xəbərim olmaz, rəsmi xəbərlərə baxandan sonra yazını səhifəyə qoydum.
Arzularımız çin olsun!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ