SON DƏQİQƏ

Babamın dedikləri-RUBRİKA

Tarix:

21-05-2020, 14:44

/ 3 249 dəfə oxundu.
Babamın dedikləri-RUBRİKA

 Ədib İSAOĞLU
Hə dostlar, İsa babanın bir söhbətni sizinlə bölüşmək istəyirəm.
İsa baba belə nəql edirdi ki, bol palıd ağaclı meşədə bir qarı yaşayırdı. Qarı nənənin əsas qidası tək inəyinin südü idi. Di gəl ki, meşədə yaşayan pişik, qarının eyməsinə dadanmışdır. Bu haləti görən qoca meymun bütün meymunları yığaraq  başına dedi: ay meymundan əmələ gəlmişlər,qarıyla pişiyin arasına intirqa düşüb, gəlin bu meşəni tərk edək yoxsa bunun sədəməsi bizə toxuyacaq. Nisbətən cavan meymunlar qocanı ələ saldılar yox əşi qarı bizə zərər verəcəkmiş, yox eşi pişik bizə xətər yetirəcəkmiş, onlarin intirqasından bizə nə. Qoca meymunun sözünü təbii ki, qəribçiliyə salmayanlarda vardı . Nəisə, qocanı eşidən meymunlar meşənin kənarında olan təpənin başındakı talada yaşamağa başladılar.
Hə gələk pişiklə qarının intirqasına. Qarı pişiyi güdüb-güdüb axır ki, yaxaladı. Pişik qarını o,qədər yandırmışdır ki, qarı pişiyi elə belə oldürmək istəmirdi. Qarı qara çıraxdakı ağ nefiti pişiyin hər yerinə bulayıb, odu vurdu. Pişik alovu söndürmək üçün özünü palıd ağaclarına sürtməyə başladı. Palidin qurusuyla yaşınada fərq yoxdur ki, deyir meşə od tutub yanmağa başladı. Qoca meymunu eşitməyən cavan meymunların çığırtısı, bağırtısı meşəni ağzına götürmüşdü. Yananlar yandı,yanmayanlar özünü zor bəla talaya çatdırdı.Hə,əziz dostlar bu məsələnin DTX-lnın son əməliyyatlarına qətiyyən dəxli yoxdur ha. Amma dəli şeytanla ağıllı şeytan beynimi didib yeyir,  görəsən bunların sədəməsi bizə toxunar?
скачать dle 12.1

Şərhlər