SON DƏQİQƏ

İlham Əliyev yeni icra başçısı təyin etdi

Tarix:

21-05-2020, 13:22

/ 3 083 dəfə oxundu.
İlham Əliyev yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb

скачать dle 12.1

Şərhlər