SON DƏQİQƏ

Təki dünyamizı LƏNƏTLƏMƏYƏK

Tarix:

27-04-2020, 10:20

/ 3 176 dəfə oxundu.
Təki dünyamizı LƏNƏTLƏMƏYƏK


Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Fiziologiya institutunda iki gündür ki qardaşıma qan köcürdürlər.  Bağırsağında polibdən əziyyət çəkən Niyaz bu üç il  ərzində o həkim qalmayıb ki  müayinə olunmasın. Analizlərin cavabından məlum oldu ki, hemoqlobini 5  faizə duşüb,  hansıki qanda  hemoqlobinin miqdarı 10 faizdən çox olmalıdir. Qardaşıma əlilliyə görə müavinət düşsə də ,hələ Sumqayıt poliklinikasındakı həkimlərin də bığlarını  gərək yaşlayasan ki ,88 nomrəli arayış yazalar.
  Bəlkə  onda insafa gələlər belə ağır xəstələrə əlillik pensiyası düzələ . 
Onu  da qeyd edim ki, polib  insanın yediyi qida maddələrini yeyərək qan əmələ gəlmə prosesini ləngidir,  qanı yeyir,nəticədə , qan aşağı düşür. Üç aydan bir beş altı paket qan  vurulandan sonra qardaşım bir iki ay özünü yaxşı hiss edir. Elə ki , iki ay keçir, yenə də əvvəlki vəziyyətə düşür .
Qan köçürmək də bir problemə çevrilibdir. Təçrübəli həkimlərə nə qədər xəstələrin ehtiyyacı var. İnstitutda  qan azlığından yeriyə bilməyən xəstələr  gərək ikinci mərtəbədə  qan analizi verələr  , bir iki saat gözləyələr , Sonra müalicə həkimi qol çəkə, daha sonra baş həkim təsdiqləyə,
Sonra qan almaq ücün şöbə müdiri xəstəlik vərəqəsinin üstünü yaza.  Əgər boş  vaxtları olsa .Komputerdə təstiqlənə və sair.Daha sonra tibb baçıları 20 metr məsafəsi olan Qan bankından qanı gətirmək ücün bir müddət də gözlədikdən sonra tibb bacısı   deyir ki, mən qanı əlimdə isidirəm , sən get qanı vurmaq üçün yaxınlıqdakı aptekdən  bir şlanq və 21 nömrəli bantik al. Bir sözlə  xəstəxanalarda  Sovetdən qalma bürokratizm hökm sürur . Özəl klinikalarda isə varlı insanlar müalicə olunurlar. Məsəl var ki arığın qoruqda nə işi var ki, vurub qılçını da sındırsınlar. Nə işin var Bığırda, çaqqal səni çığirda-  məsəlləri yadıma düşür .
Onu da qeyd edim ki talassemiyalı xəstələr olduqca  çoxdur . Qan köçürdülən otaqda isə növbədir. Növbəmiz saat 12-30 da çatdı. Məni isə yuxu tutub.
Sumqayıtdan bir ağır xəstə  də gətiriblər. Havası çatmır. Oğlu müalicə həkiminə zəng edir, həkim isə telefonu söndürüb, Xəstənin  oğlu necə qışqırır ?
Tibb bacıları  gah pəncərəni açıb xəstəyə hava verirlər, xəstənin oğlu isə ora,  bura zəng edib atasının xilası üçün fəryad edir. Baş tibb bacısiyla təzə təyin olunmuş baş həkimin yanına gedirik. Bas həkim bizi mehriban qarşılayır və növbətçi otağı boşaldılaraq xəstəni təcili palatada çarpayıya uzatmaq  haqda göstəriş verir. Qardaşım Niyaz isə məni cağırıb deyir ki, qan veriblər, amma  şlank və 21 nömrəli bantik brakdır get dəyisdir .  Tez apteklərə baş çəkərək  həmin vəsaitləri alaraq palataya yaxınlaşıram .  Bu boyda xəstəxanaya qan vurmaq üćün şlanq   və bantik niyə  verilmir?  Niyaz isə donor qanını əli də isidərək növbəti qan köçürülməsi üçün növbə gözləyir. 10 kvadrat metrlik  darısqal bir otaqda ara məsafə 80 santimetr olmaqla   6-7 xəstəyə qan köcurdülur. Kim zəmanət verə bilər ki,  belə şəraitdə korono virusu yayılmasın. Oqağın darısqallıgından, xəstələrin çoxluğundan ara məsafə gözlənilmir . Allah həqiqətən xalqımızı  xəta bəladan  gözləyir . Yeni təyin olunmuş direktordan isə tibb bacıları və həkimlər razılıq edirlər.
Esidirəm ki təmirə başlamaq istəyirlər.
Saat 1-00 olsa da hələ ki gözləyirik.  Sabah da qan vurulmalıdır ki qardaşım kritik , ağır vəziyyətdən qurtarsın. Pulsuz evdə qalmaq isə bizi karıxdırır. Amma hər halda biz Orucluq ayında orucumuzu tutaraq yenə də xəstələrimizə Allahdam səfa diləyərək dunyamızın salamat olmasını Rəbbimdən rica edərək dua oxuyuruq. Təki salamatçılıq olsun. Təki yollarimiz açılsın. Baharın gözəlliyini duyaq, hiss edək.
Amma yenə də həkim və tibb bacilarının fədəkarligını görərkən qururlanıram.
Korono virusunun tuğyan elədiyi bir dünyada yenə də həkimlərimiz və tibb işçilərimiz sağ olsunlar . Qan azlığı olan xəstələr isə çoxdur .
Tibb bacısı bildirir ki, otaqlar hamısı talasemiyalı xəstələrlə doludur. Məlum olur ki professor Oqtay həkim iki boyük otağı " zanit " edərək ata evi kimi ehtiyyat  saxlayıb. Yanımızdaki baxış otağı isə dörd saatdir ki boş qalıb. Məgər bu boş otaqlarda  xəstələri saatlarla gozlətməyərək qan köcurtmək olmazmı?
Şöbə müdiri isə bildirir ki, tibb baçıları növbə ilə işləyirlər .Lakin qarışqa kimi qaynayan tibb bacıları iz işlərini uğurla həyata keçirirlər . Korono virusu da tibb işçilərini və  xəstələri çətin duruma salsa da, hələki bir korono virusuna yoluxma halı burada qeydə alınmayıb.
Amma kifayət qədər qan ehtiyyatı  var. Çünki İki həftə əvvəl Azərbaycanın Birinci Vitse Prezidentinin  təsəbbüsü ilə Heydər Əliyev Fondunda  qan vermə aksiyası uğurla  həyata keçirilmişdır ,xeyli qan ehtiyyatı yığılıbdır.
Sağ olsunlar.
Nərimanov rayonundan millət vəkili seçilmiş Adil Əliyevin təsəbbüsü ilə hər il yüzlərlə idmançılar, seçicilər  qan vermə aksiyasına qosularaq təmənnasız olaraq xəstələrimizə qan verirlər.
İki gündür ki  qan bankındayam .Sağ olsun həkim və tibb isçılərimiz.
Sadəcə olaraq  institutda təşkilatçılıq  və nəzarət artırılmalıdır . Xəstələrin normal müalicəsini və qan qəbul etmələrini təskil etmək ücün  əlavə otaqlara ehtiyac duyulur .
Hər halda həkimlərimizə, tibb isçilərimizə sağ ol dusür, Onların bu əziyyəti layiqincə qiymətləndirilməlidir .
Qardaşım isə çox susayıb.
Təcili su dalınca qaçıram.
Sumqayitdan gələn ağır lxəstəyə isə bir həkim də yaxınlaşmır,oglu isə  nədənsə usaq həkimi olan Mireldar həkimə nə qədər zəng edirsə, həmin həkimin əl telefonuna zəng çatmir , bir həkim də yaxınlaşıb  bir kəlmə də  xəstənin halına yanmır. Yəqin ki usaq həkimi olan Mir Eldar öz  pasientlərınə  baxmaqdan vaxtı yoxdur ki, gəlib 29 faiz qanı qalmış vəziyyəti son dərəcə ağır olan xəstəyə  qan vurulmasına icazə versin. Lakin məlum olur ki bu xəstənin oğlu usaq həkiminə nahaq zəng edir. Lakin  xəstənin oğlu  şikayətlənir ki dörd saat ərzində bir həkim atasınin halına açımadı.  Tibb isçiləri isə əllərindən gələni əsirgəmir. Leykoz xəstəsi olan Hüseynağa kişi keçinir .Budur biganəlik.  Hansı ki hər bir həkimin borcuydu ki, ağır xəstəyə yaxınlaşaraq hipokrat deyilən anda sadiq qalaraq öz köməkliyini  axıra qədər edəydi. Səhər tezdən ağır vəziyyətdə gətirilən Huseynaga kişi isə sakitcə dord saat ərzində biganəliyin qurbanına cevrilib,  dünyasinı dəyisdi. Burda  hər kəs biganə həkimlərin məsuliyyətsizliyinin sahidi oldu . Düzdür , öyrəndim ki xəstə leykoz xəstəsidir, Qan köcürmə institutunda qeydiyyatdadir, Həkimi isə Aksana həkim ola - ola mərhumun oğlu niyə tanıdiğı usaq həkiminə zəng edib, ,  bəlkə də kömək istəyirmiş?
Şöbə müdiri isə bildirdi ki, mən də bilməmişəm,  bu xəstə gələndə gərək Aksana həkimi çağıraydılar.
Sumqayıtdan gələn ailəsi isə rəhmətlik Huseynağa kisinin şəklini çəkməyə razı olmurlar , Mərhumun qızı aglayaraq deyir : Sağ olun , istəmirəm atamın şəkli  yayılsın.. Görünüz qismət beləymiş.
Atam elə mərdimazar adam olmayıb.
Fikirləşirəm ki bəlkə də həkimi yaxınlaşmayıb ki kisinin vəziyyəti ağir imiş  ?
Amma  məncə həkim adına hörmət edən gərək axıra qədər xəstənin yanında olaraq ailəsinə təskinlik verməli idilər.
Allahdan  mərhuma rəhmət diləyir və  ailəsinə baş sağligi verirəm . Mərhumu tabuta qoyaraq xəstəxanadan çıxardırlar. Çox əsəbləsirəm ki,  gərək ən azı baş həkim kabinetdə oturub göstəriş verməkdəndirsə, həkimləri səfərbər edəydi .
İndi isə  qardaşıma baş çəkirəm. Niyaz  isə mərhumun halına çox heyfislənir ,öz ağrısı yadından çıxır.
Rauf yadindadir, iki ay əvvəl mən də belə vəziyyətdə idim .
Sən həkimlərə , tibb bacılarına təsir göstərməsəydin,  gəlməsəydin, mən də ölə bilərdim, Niyə bu həkimlər vaxtinda xəstələrə baxmırlar?  Məni Oksigen klinikasına ximya verməyə niyə gondərirlər? Axi iki dəfə Onkologiya institutunda, bir dəfə Avroasiya klinikasında, bir dəfə də Gomrük xəstəxanasinda bahalı analizlərdən keçmişəm, Təkrar müayinə nəyə lazımdır. Gulbəniz xanım isə bütün xəstələri analiz üçün məhz  Oksigen klinikasına  göndərir?
Sadəcə qan vurulandan sonra bir ay ömrüm uzanır. Pulumuz da çatmır ki,  polib deyilən yeri əməliyyat etdirək. Elə bir güçlü həkim də tapılmır ki,  əməliyyat edə. Hər halda müalicə həkimi olan Tural həkim sağ olsun ki diqqət və qayğı göstərib qardaşıma ürəklə baxaraq dəyərli məsləhətlər verir.
Niyazı Sumqayita yola salaraq dərin fikrə qərq oluram.
Allahdan dunyasını dəyisənlərə rəhmət diləyir, xəstələrə isə şəfa arzulayiram.
Fikirli - fikirli evə catanda isə qonsularım mənə muraciət edir : Rauf müəllim bizə yardım duşmur?
Digər qonşum isə Prezidentə ərizə yazmağıma komək etmək istəyir .
Mən  isə deyə bilmirəm ki, çörək almağa  biz sadə jurnalistlərin də pulu qalmayıb .
Hər halda Allah böyükdur, aç da qalmağa razıyıq, , təki dünyamız düzəlsin,  salamatçılıq olsun.
Rauf İlyasoğlu
GunAz.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ