SON DƏQİQƏ

YAŞAMAQ ÜÇÜN MÜBARİZƏ!

Tarix:

6-04-2020, 08:00

/ 3 246 dəfə oxundu.
YAŞAMAQ ÜÇÜN MÜBARİZƏ!

 
VARİS

Tam təcrid günləri başladı. Haçana kimi davam edəcək, bəlli deyil. Biz hamımız şəraitin girovlarıyıq. İndi yeganə əlacımız - şəraitə təslim olmamaq, virusdansonrakı dövrə keçməkdir. İndi bütün dünya karantindədir. Qorxunc yoluxma statistikası, itirilən maddiyyat insanları ruhdan düşməyə, havalanmağa sürükləyir. Və bunlar olmasın deyə psixoloqlar əməli fəaliyyətə keçiblər. Məsələn, Monrealda, Nyu-Yorkda, Parisdə və digər böyük şəhərlərdə insanlara iki nicat yolu göstərirlər. 1. Şəhərlərin baş psixiatrlarının onlayn çıxışlarını dinləmək. 2.Verilən qaydalara əməl etmək.
Bu qaydalar mənə maraqlı gəldi, ümumiləşdirib bölüşmək fikrinə düşdüm.
1.
"Mən virusa yoluxmayacağam, mənim immun sistemim güclüdür. Bu pis gün tez keçəcək, yenə həyat üzümüzə güləcək!” Autotreninq çox faydalıdır. Ucadan hər gün bu cür sözlər söyləyin. Altşüurunuza qoy nikbinlik yazılsın.
2.
Normal yuxu yatın, dadlı qidalarla özünüzü sevindirin. Dadlı qida bahalı qida anlamında deyil. Sevgi ilə bişən bütün qidalar dadlı olur. Çox yeməyin, amma bu ara pəhriz-filan da tutmayın.
3.
Çoxlu su için, bol meyvə-tərəvəz yeyin, immun sistemini möhkəmləndirən qidaların adlarını internetdən tapıb onları qida rasionuna daxil edin.
4.
Mütləq səhərlər gimnastik hərəkətlər edin. Bədəni donmağa, qaxac olmağa qoymayın. Qan yaxşı dövran etdikcə bədbinlik də sizdən qaçacaq!
5.
Xəbərlərə əsla baxmayın. Pandemiyanın qorxulu rəqəmlərindən stressə düşməmək üçün bu mövzudan qaçın.
6.
Şükranlıq edin. Allaha, valideyinlərinizə, yaxşı insanlara, günəşə, sizi cəh-cəhiylə oyadan quşlara belə minnətdarlıq edin!
7.
Bu arada mehriban olmaq çox vacibdir. Hamıya xoş sözlər deyin, sevgi etiraflarınızı edin. Heç kimin qəlbini qırmayın.
8.
Əgər imkanınız varsa, çətinə düşənə, korluq şəkənə əl tutun, savab qazanın. Onların duaları sizinçün qoruyucu təbəqə olsun qoy!
9.
Gülümsəyin. Lətifələr oxuyun, komedik proqramlara, filmlərə baxın. Gülüş immun sisteminə çox faydalıdır.
10.
Dincəlin. Bədəninizə, ruhunuza dinclik verin. Gərginliyi bədəndən çıxardın.
11.
Yaradıcı təxəyyülünüzü, istedadınızı işə salın. Rəsm çəkin, plastilindən fiqurlar düzəldin, taxta üzərində oyma naxışlar cızın, mahnı oxuyun, çalğı alətlərində ifa edin, şeir yazın...
12.
Özünüzə xırda həzzlər yaradın. Çiçəkləri sulayın, varınızdırsa, ev heyvanlarına, akvarium balıqlarına diqqət ayırın, maraqlı filmlərə, kitablara sarılın.
13.
Yaşlılara, dostlara, qohumlara zəng edin. Bəlkə onlar daha çox qorxublar. Onlara ürək-dirək verin.
Bu, özünüz üçün də stimul olacaq.
14.
Həyatı sevməyə başlayın! Gördünüzmü, həyatı necə asan qeyb etmək olurmuş? Ona görə, bu dəfə ondan ikiəlli yapışın.
Virusdansonrakı həyatı görmək istəyiriksə dözüm öyrənməli və dözməliyik.
Allah qorusun hamımızı!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ