SON DƏQİQƏ
» » İlham Əliyev: "Bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk"

İlham Əliyev: "Bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk"

Tarix:

30-12-2019, 23:19

/ 1 521 dəfə oxundu.
İlham Əliyev: "Bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk"

Biz bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk. Biz ölkələr arasında ticarətin milli valyutalarla aparılması ilə bağlı məsələləri qonşu ölkələrdə də müzakirə edirik. Bildiyiniz kimi, bu məsələ orada da çox fəal müzakirə olunur və bu istiqamətdə ilk addımlar atılır. Buna görə də düşünürəm ki, ilk növbədə, bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır.

GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

“Mir” ödəmə sisteminə qoşulmaq barədə təklifi nisbətən yaxın vaxtlarda almışıq və onu ciddi öyrənirik. Fikrimcə, xüsusən Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var. Keçən il Azərbaycana təqribən 900 min rusiyalı gəlib. Bu il isə 11 ay ərzində müvafiq rəqəm yenə 900 mindir. Yəni, biz milyona yaxınlaşırıq. Biz turizm sənayesini fəal inkişaf etdirir və turizm hesabına gəlirin uçotunu aparmağa çalışırıq. Əlbəttə, turistlərin ödəmə kartları üzrə nə qədər xərclədiklərini hesablamaq çox asandır. Lakin turistlərin çoxu həm də nağd pul xərcləyir. Bu, əsasən keçmiş SSRİ məkanından olan turistlərə aiddir. Buna görə əgər bu sistem Azərbaycanda tətbiq edilsə, bizdə mədaxilin dəqiq uçotu aparılacaq, rusiyalılar üçün isə Azərbaycana gəlmək xeyli rahat və münasib olacaq, bəzən mübadilə məntəqələrində pul dəyişdirilməsi ilə bağlı problemlərlə üzləşməyəcəklər.

Maliyyə bazarı daha mürəkkəb məsələdir. Bu barədə bizə hələlik konkret təkliflər edilməyib. Bu barədə bəyanatlar eşitmişik. Əlbəttə, bunu ciddi öyrənəcəyik. Təbii ki, bizim yanaşmamız həmişə praqmatizmə, məsələnin praktiki tərəfinə əsaslanır. Əgər bu, sərfəli, maraqlı, rahat olsa, əmtəə dövriyyəsini stimullaşdırsa, biznes strukturlarının fəaliyyətini asanlaşdırsa, əlbəttə, biz bu məsələyə çox ciddi yanaşacağıq", - Prezident qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ