SON DƏQİQƏ

Azərbaycanda... QORXULU PROQNOZ

Tarix:

25-12-2019, 08:13

/ 3 553 dəfə oxundu.
Azərbaycanda... QORXULU PROQNOZ

Dünya Təbii Sərvətləri İnstitutu alimlərinin araşdırmalarına görə, 2040-cı ildə dünyanın bir sıra ölkələrində içməli su tükənəcək.

GunAz.az baku.ws-ə istinadən xəbər verir ki, alimlərin 167 ölkə ərazisində apardıqları elmi araşdırmalar nəticəsində məlum olub ki, 20 il ərzində 33 dövlətin içməli suyu tükənəcək. Aparılan araşdırmalara görə, ən tez su ehtiyatı tükənən dövlət Bəhreyn olacaq.

İçməli su ehtiyatının azlığına görə, Azərbaycan dünya ölkələri arasında 18-ci yeri tutur. Qonşu Türkiyə isə su ehtiyatının azlığına görə 27-ci yerdədir.

Alimlər açıqlamalarında bildiriblər ki, 2040-cı ildən sonra qeyd edilən 33 ölkədə içməli su azalacaq və illər keçdikcə həmin ərazilərdə su tamam yox olacaq. Ermənistan bu siyahıda 22-ci, İran isə 13-cü yerdədir.

Su ehtiyatı tükənəcək ölkələrin siyahısını təqdim edirik.

1. Bəhreyn

2. Küveyt

3. Qətər

4. San-Marino

5. Sinqapur

6. Birləşmiş Ərəb Əmirlikləri

7. Fələstin

8. İsrail

9. Səudiyyə Ərəbistanı

10. Oman

11. Livan

12. Qırğızıstan

13. İran

14. İordaniya

15. Liviya

16. Yəmən

17.Makedoniya

18. Azərbaycan

19. Mərakeş

20. Qazaxıstan

21. İraq

22. Ermənistan

23. Pakistan

24. Çili

25. Suriya

26. Türkmənistan

27. Türkiyə

28. Yunanıstan

29. Özbəkistan

30. Əlcəzair

31. Əfqanıstan

32. İspaniya

33. Tunis

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ