SON DƏQİQƏ
» » “Təsadüfi adamların rəhbərlik sahəsinə gəlməsi…” - Ramiz Mehdiyev kimləri nəzərdə tutur?

“Təsadüfi adamların rəhbərlik sahəsinə gəlməsi…” - Ramiz Mehdiyev kimləri nəzərdə tutur?

Tarix:

20-12-2019, 21:16

/ 2 520 dəfə oxundu.
“Təsadüfi adamların rəhbərlik sahəsinə gəlməsi…” - Ramiz Mehdiyev kimləri nəzərdə tutur?

"Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda “common brain” (hərfi tərcüməsi “ümumi beyin”, “ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq. Həmin komandaya yenə də birləşdirici siyasi lider İlham Əliyev başçılıq edəcək, o, idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək".

GunAz.az xəbər verir ki, bu sitat Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın indiki prezidenti, akademik Ramiz Mehdiyevin prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider" adlı məqaləsindən götürülüb. Məqalə bu günlərdə AMEA-nın saytında yerləşdirilmişdi.

Akademik yazır: Heç də təəccüblü deyil ki, “informasiya cəmiyyəti”nin yaradıldığı əsrdə ölkənin idarə edilməsi müəyyən mənada “kompüter şəbəkəsində inzibatçılığı” xatırladacaq. Azərbaycanda artıq fəaliyyətə başlamış “elektron hökumət” dövlət məsələlərini səmərəli və operativ həll etməyə imkan verir. Beləliklə, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq. 

Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq. Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa (əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə), o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir". /virtualaz.org

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ