SON DƏQİQƏ

Milli Məclisdə yeniliklər olacaq

Tarix:

28-11-2019, 20:12

/ 2 904 dəfə oxundu.
Milli Məclisdə yeniliklər olacaq

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi müxtəlif mülahizələr səbəb olub.

GunAz.az xatırladır ki, YAP bununla bağlı bu gün qərar qəbul edib. Yaxın günlərdə isə Prezident İlham Əliyevin Milli Məclisi buraxacağı gözlənilir. Mülahizələrdən biri budur ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq Milli Məclis hazırki tərkibdən kəskin fərqlənəcək.

Yeni parlamentdə biznesmen, dövlət qurumlarında vəzifə tutan, pensiya yaşını ötmüş, 10 ildən artıq mandat daşıyan və açıqlamaları ilə hakimiyyəti hədəfə gətirən deputatlar təmsil olunmaya bilər. Hətta Milli Məclisin rəhbrəliyinin də dəyiçəcəyi ehtimal olunur.

Qeyd edək ki, 73 yaşlı vitse-spiker Valeh Ələsgərov bu günlərdə Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. Bu fakt onun yeni parlamentdə təmsil olunmayacağı barədə ehtimalları bir qədər də gücləndirir.

Spiker Oqtay Əsədov, birinci vitse-spiker Ziyafət Əsgərov və vitse-spiker Bahar Muradovaya gəlincə, onlar uzun müddətdir ki, Milli Məclisdə təmsil olunur. Oqtay Əsədov 19 ildir ildir mandat daşıyır. O, 2000-ci ildən deputat, 2005-ci ildən isə spikerdir.

Ziyafət Əsgərovun isə parlamentari kimi stajı 24 ildir. O, 1995-ci ildən deputat, 2000-ci ildən vitse-spiker, 2005-ci ildən birinci vitse-spikerdir. Bahar Muradova 2000-ci ildən deputat, 2005-ci ildən vitse-spikerdir.

скачать dle 12.1

Şərhlər