SON DƏQİQƏ
» » Bakı metrosunda nə baş verib? - "Stansiyanın bütün çıxış qapıları..." - AÇIQLAMA

Bakı metrosunda nə baş verib? - "Stansiyanın bütün çıxış qapıları..." - AÇIQLAMA

Tarix:

20-11-2019, 08:32

/ 1 663 dəfə oxundu.
Bakı metrosunda nə baş verib? - "Stansiyanın bütün çıxış qapıları..." - AÇIQLAMA

Bu gün saat 7 radələrində Bakı metropoliteninin "Koroğlu” stansiyasının platformasında "Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib. 

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, həmin vaxt stansiyanın həmin istiqamətdə olan bütün çıxış qapıları açıq olub: "Sərnişinlər həmin qapıları rahatlıqla tərk ediblər”.

B.Məmmədov əlavə edib ki, hər bir sərnişindən metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etmələri xahiş edilir: "Tələblər bundan ibarətdir ki, həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Bu baxımdan belə vəziyyətlərin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etməyi rica edirik”.   

скачать dle 12.1

Şərhlər