SON DƏQİQƏ
» » Yeni yaradılan agentliyin vəzifələri AÇIQLANDI

Yeni yaradılan agentliyin vəzifələri AÇIQLANDI

Tarix:

16-10-2019, 20:31

/ 1 486 dəfə oxundu.
Yeni yaradılan agentliyin vəzifələri AÇIQLANDI

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Bəs bu yeni dövlət qurumunun vəzifəsi nədən ibarət olacaq? GunAz.az xəbər verir ki, Agentlik “Dövlət borcu haqqında” və “Büdcə sistemi haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq aktlarına uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

Bakı şəhərində yerləşəcək Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:

1. dövlət borcalmalarının həyata keçirilməsi və dövlət zəmanətinin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, dövlət borcalmalarının strategiyasının hazırlanmasında iştirak;

2. Azərbaycan Respublikası adından kreditlərin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, dövlət borcu və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərir, habelə onların vaxtında qaytarılmasını təmin etmək;

3. dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunun təkmilləşdirilməsində iştirak edir, dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatlarını aparır, Azərbaycan Respublikasının dövlət borcunun, dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparmaq;

4. dövlət borcu portfelini təhlil edir, dövlət borcu portfelinin strukturunun təkmilləşdirilməsi və dövlət borcunun daha əlverişli maliyyə şərtləri əsasında borcların cəlb edilməsi yolu ilə yenidən maliyyələşdirilməsi məqsədilə tədbirlər görür;

5. “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini və vahid xəzinə hesabının sərbəst qalığını idarə edir və ya idarəetməyə verir;

6. dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçirir.

Agentliyin vəzifələrinə hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən daxili və xarici dövlət borcunun və büdcə ili ərzində veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri (limitləri) barədə təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək, dövlət borcuna xidmət xərclərinin, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclərin ödənilməsi ilə bağlı vəsait ayrılmasının müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması barədə Nazirliyə təkliflər vermək, borc öhdəliklərinin şərtlərini və maliyyə bazarlarından maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını qiymətləndirmək və digər məsələlər daxildir.

Həmçinin dövlət borcu və zəmanəti üzrə öhdəliklərin icrasında yaranan problemlərin aradan qaldırılması barədə Nazirliyə təkliflər vermək, dövlət borcu və zəmanəti üzrə öhdəliklər yerinə yetirilmədikdə, məhkəmədə iddia qaldırılması üçün Nazirlik qarşısında vəsatət qaldırmaq, müvafiq dövlət orqanları (qurumları) ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün təkliflər hazırlanmasında iştirak etmək, riskləri yolverilən səviyyədə saxlamaqla ortamüddətli və uzunmüddətli perspektivdə dövlət borcalmaları barədə Nazirliyə təkliflər vermək səlahiyyətləri də var. 

Agentliyin hüquqları da onun Əsasnaməsində konkret olaraq göstərilib.

Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası Maliyyə nazirinin vəzifəyə təyin etdiyi və vəzifədən azad etdiyi direktor rəhbərlik edir.

Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Agentlik direktorunun Azərbaycan Respublikası Maliyyə nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ