SON DƏQİQƏ

"Bəzən tələyə də qoyulur ÇÖRƏK"

Tarix:

8-04-2019, 08:00

/ 11 074 dəfə oxundu.
"Bəzən tələyə də qoyulur ÇÖRƏK"

Bilman İsaq

Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.

Bütün dünya mətbəxlərində bu və ya digər formada çörək var. Müxtəlif ölkələrdə çörəyi müxtəlif üsullarla, müxtəlif undan və müxtəlif formalarda hazırlayırlar.

Arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl "icad" olunub.

Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğda möcüzəli bitkidir. Onun tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var. Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri  (taxılın qidaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlıdır, lakin onların faydası çox azdır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.

Bunlar çörək haqqında deyilənlərdir və həqiqətən də çörəyin tərkibi möcüzələrlə boldur.

Yəqin ki, çoxlarımız xatırlayırıq, Böyük Vətən müharibəsi dövründə yaşayan babalarımız-nənələrimiz çörək qıtlığı haqqında danışanda inanmırdıq, deyirdik görəsən bu həqiqətdir?

İndi isə biz uşaqlarımıza, nəvələrimizə danışanda ki, 1991-1993-cü illərdə çörək qıtlığından əziyyət çəkirdik onlara nağıl kimi görsənir.

Mən 1993-cü ildə könüllü hərbi xidmətdə olanda,(Sumqayıt batalyonu,Ağdam) müharibənin qızğın vaxtları idi, ailəm 3 uşaqla Sumqayıtda çörək tapa bilmirdilər günə 1 çörək alanda sevinirdilər, bəzən olurdu ki, o bir çörəyi də ala bilmirdilər. Bakıdan qayınatam, yaxın qohumlar bir çörək tapıb Sumqayıta uşaqlarıma verəndə onu iki, hətta üç gün yeməyə məcbur idilər.

Əlbətdə ki, keçmiş keçmişdə qaldı, bu gün isə çörək məhsulları süfrələrimizdə boldur.  Çörək müqəddəsdir, babalarımızın çörək haqqında çox deyimləri var: "Bir kəslə çörək kəsdin gərək o çörəyi tapdalamıyasan", "gecə körpələrin bələyinə çörək qoyardılar", "çörək tapdalananda eldə qan olar", "çörək yerə düşəndə üç dəfə öpüb qoymalısan gözünün ustünə", "çörək bişirmək üçün xəmir yoğuranda xəmiri yaxşı həll edin. Ən böyük bərəkət bundadır." və s. çox məsəllər çəkmək olar.

Bu taxılın hansı əziiyyətlə əkilməsi, unun necə hasil olması, çörəyin əziiyyətlə bişirilməsi insanlara aşılanmalıdır. Buğdanı əkəndə torpaqda bir qarış yerdə saxlamaq lazım deyil, çünki o bir qarış torpaqda bitən taxıl bir ovuc buğda deməkdir, o buğda isə bir nəfərin azuqəsidir.

Kəndimizdə hər bir evdə ən azı 10 kisə un olardı, əgər kiminsə çörəyi olmazdısa, hamı ona kömək edərdi. Ağsaqqallar deyərdi ki, un ehtiyyatınız varsa, aclıq olmaz.

Elə insanlar var ki, bir parça çörəyə işləyir, bəziləri isə həmin parça çörəyi küçələrə, tövlələrə,(mal heyvana) meşələrə, səpələyir. Ən qorxulusu isə çörəyin tələyə qoyulmasıdır.

Bir şairin dediyi kimi "Bəzən tələyə də qoyulur ÇÖRƏK"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ