SON DƏQİQƏ
» » Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcəkdir! - Cavid İsmayıl yazır

Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcəkdir! - Cavid İsmayıl yazır

Tarix:

22-01-2019, 10:00

/ 10 955 dəfə oxundu.
Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcəkdir! - Cavid İsmayıl yazır

Cavid İsmayıl, xüsusi olaraq ONN media üçün.

Vətənin azadlığı uğrunda minlərlə şəhid vermişik, əfsuslar olsun ki, bu gün də zaman-zaman şəhidlərimiz olur. Xalqımız SSRİ kimi qorxulu bir imperiyanın zəncirini darmadağın edərək azadlığını bərpa etdi. Daxildə sapı özümüzdən olan baltaların və Moskvanın müti qulları olan respublikanın o vaxtkı “rəhbərləri”nin müstəqilliyin ilk günündən bilərəkdən yaratdıqları xaos, özbaşınalıq, vətəndaş müharibəsi və s. qarşısını alan, xalqa arxalanan, həyatını Azərbaycana həsr edən müdrik şəxsiyyət Heydər Əliyev oldu.

 

O, vaxt xalqa xəyanət edən, əli bilavasitə və dolayısı ilə Azərbaycan xalqının qanına batmış milli satqınlar, xaricdən qidalanan Vətən xainləri, Azərbaycanda milli məsələləri bilərəkdən alovlandırmış mənəviyyatsızlar xalqımızın ənənəvi unutqanlığından istifadə edərək yenə də aramızda dolaşmaqdadırlar. Nəinki aramızda, hətta dövlət strukturlarında yenidən mövqe qazananlar və imtiyaz əldə edənlər də var. Bunların içində dünən xalqa xəyanət edən, Vətənin azadlığına YOX deyən, Heydər Əliyevə güllə atan, “Azərbaycan müstəqil yaşaya bilməz” deyərək iqtisadi cəhətdən “sübut edənlər” də az deyil.

 

Son zamanlar yenə də bəziləri şimal küləyinin, bir hissəsi cənub cərəyanının , bir hissəsi çürük və iylənmiş çox əsrlik Qərb avantyurasının təsiri altında çaqqal pusqusunda dayanmaqdadırlar.

 

“Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir” deyən və dövlət qurumlarında çalışanlardan vətəndaşlara qayğı göstərilməsini tələb edən prezident İlham Əliyevin sözlərindən nəticə çıxarmayan, xalqı dövlətdən narazı salan məmur Heydər Əliyev siyasətinə xəyanət etməklə Vətənə xəyanət edir və belələri mütləq və mütləq cəzalanmalıdırlar. Və düşünürəm cənab prezident tez bir zamanda belələrini tarixin qara səhifəsinə göndərəcəkdir. Bu şəkilə yaxşı baxın, Ümummilli lider Heydər Əliyev dizini qatlayıb şəhid qəbrini öpür! Bu gün əgər kimsə şəhid ailəsinə hörmət etmirsə onda insanlıqdan (yumşaq deyirəm) uzaq olması ilə yanaşı Vətənə də xəyanət edir. Xəyanətin isə böyüyü kiçiyi olmaz. Xəyanət, xəyanətdir! Unutmayaq ki, bir dəfə xəyanət edən mütləq ikinci dəfə xəyanət edəcəkdir. Sadəcə şərait gözləyir. Bu şəraiti isə, milli satqınlara vermək olmaz!

 

Tanrı Azərbaycanımızı qorusun!

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ