Bu film Amaliya Pənahovanın xatirəsinə həsr olunacaq

Rejissor Aqil M.Quliyev çəkdiyi “Şaman” filmini mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.

GunAz.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə rejissor özü bildirib:

“Amaliya xanımla sonuncu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. “Şaman” filmində daha bir Xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!”

Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan “Şaman” qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]