Yasamal ağlamasın neyləsin?

 
Adətən bizim bilib və gördüyümüz qədər insanlar, öz talelərində baş vermiş hər-hansı bir dərddən, qəmdən dad edib ağlayırlar. Məsəlçün, ya görürsənki birilərinin evlərində (irağ, irağ...) yas mərasimi baş verib, yada ki, nəsə xoşagəlməz hər-hansı bir hadisələr qəflətən meydanda (taledə...) peyda olub. Cəhənnəmi bir vulkan təki püsgürür və nəticə etibarilə hökmən dərəcədə necəki, göylərin fövqündə siyah buludlardan damcı-damcı yağmur damcılamağa başlayırsa, bax eləcə də qəhərdən,"ağlayan...” ürəyin ağrısından sürətin nur məkanı olan o, xumar gözlərdəndə damcı-damcı yaşlar başlayır o, məyuz yanaqlara süzülməyə... Amma ay camaat, digərlərindən fərqli olaraq bu Yasamal ərazisində yaşayan sakinlər daha doğrusu desək-biçarə sakinlər Allah təalanın xəlq eylədiyi nurlu kaiınatın, billur suyudan ötəri ele hey gecə-gündüz  "Yanığ kərəm...” təki, "Yanar Dağ...”  təki ağlayıb-sızlayırlar. Sevgilisinin arxasıycan intizar çəkənlər kimi Yasamal sakinləri də aylarca "ağlayaraq...” intizarla bərabər gah sağa boylanırlar gahda ki, sola... Amma nə fayda nə bir damcı sudan bir xəbər var nədə ki, su idarəsinin "şahənşahlarından...”. Pay atonnan "bir tikə əppəy olub, qeybə çəkiliblər...” Əşi o "şahənşahlar...” qeybə çəkilsinləre heç peyda olan günləri olmasın. İnşallah əsas Xaliqin bu bəşər aləminə xəlq eylədiyi o billur su qeybə çəkilməsin. Vallah mən gedib Yasamal ərazisində yaşayan sakinlərin vedrə-vedrə su harayında olduqlarını gördükdə elə həmin dəqiqəcə "Bir qalanın sirri...” kinofilmi xatirimə düşdü necəki o, filimdə "Simnarxan...” milləti su üzünə həsrət qoymuşdursa bax eləcə də Su İdarəsində "Simnarxan...”təkilər axar suyu Yasamala çox görürlər. Görəsən su ilə bərabər onların insafıda kəsilib?...
Bir müxbir kimi sözsüz ki, bu məsələ üzrə mən su idarəsinə yaxınlaşıb bir araşdırma aparmışam, aldığım cavab isə "qəza baş verib, təmir işləri gedir, bir iki günə kimi təmir işlərindən sonra narahatçılıq aradan qaldırılacaq...” -daha başqa heç bir cavab ala bilmədim.
 Ay balam, mən başa düşə bilmirəm birincisi bir,  iki gün olub artıq bir neçə il ikincisi isə lap tutaq ki qəza baş verib: bəs yaxşı bu moykalar necə öz fəaliyyətinən məşqul ola bilirlər? Çox maraqlıdır onlar o, suyu hardan tapıb gündə bir neçə maşını cimizdirillər? -nə bilib, Vallah, nə deyim...
    Axır ki bilib, bildiyim mənasız daha doğrusu yola verən bir iki cavab idi ki, mən su idarəsindən eşitdim və təəssüflərlə Yasamal ərazində, yaşayan sakinlərin qarşısına boynu bükük şəkildə geri qayıtdım.
 Nə edim əlimdən yazmağdan başqa heç nə gəlməyir. Ümid edirəm ki, bəlkə yazdıqlarım bəzi-bəzi şəxslərə agah olar və onlarda barı heç olmasa 2016-ilin sonuna qədər Yasamal ərazisində, sudan ötəri dil-dodaqları çat verən sakinlərin dərdinə bir çarə taparlar...       
Cəmilə Hidayətqızı
Gunaz.az

скачать dle 10.6фильмы бесплатно