“Bizimkilər” və erməni Zara -FOTO, VİDEO

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır” – Heydər Əliyev.

1988-ci ildə Ermənistandan Azərbaycana, dədə-baba torpaqlarından azərbaycan türklərilə birgə bizə yaxın və qohum olan, əsrlər boyu Qərbi Azərbaycanda yaşayan müsəlmən kürdlərin də ermənilər didərgin saldılar. Müsəlman kürdlər də Azərbaycana pənah gətirdi və eyni zamanda bizlərlə bərabər sənqər də erməniyə qarşı mübarizə apardı və şəhid oldu.

Həmin dönəmdə Ermənistanda yaşayan yezidi kürdlər isə ermənilərlə bir olaraq bizlərə silah qaldırdı və bu gün də Azərbaycanın işğal altında olan torpaqlarında silahlarını bizə qarşı tuşlamaqdadırlar. Bakıda "Sea Breeze" İstirahət mərkəzində müğənni Emin tərəfindən "JARA" Beynəlxalq musiqili yay festivalının keçirilməsi artıq ənənə halını alıb. Doğrudur, bu kimi festivalların respublikamızda keçirilməsi təqdirə layiqdir. Bu istiqamətdə işlərin aparılması eyni zamanda turizmin inkişafına dəstəkdir. Lakin milli mənəvi dəyərlər hər şeydən üstün olduğunu da təbii ki, heç kim unutmamalıdır.

İndi isə gələk əsl mətləbə. Zara Mıqoyanın Azərbaycana gəlməsi və onun burada konsert verməsi yol verilməzdir. Minlərlə Vətən uğrunda şəhid olan soydaşlarımızın ruhuna təhqirdir. Onun anam-anam Ermənistan oxuduğu mahnı, qondarma soyqrımın təbliğatçısı olması elə onun milli kimliyindən xəbər verir. Mən isə bəzi “bizimkiləri” heç anlamıram.

Zara özü qeyd edir ki, “biz asimiliyasiya olunmuşuq, bizim damarımızda axan qan da erməni qanıdır”. Onun bu sözlərinə rəğmən bəzi “bizimkilər” elə hər vəchlə sübüt etmək istəyirlər ki, Zara erməni deyil. Zara hələ orta məktəbi bitirərkən “Müasir Kürdistanın problemləri” adlı diplom işi yazıb. Fikir verin 16-17 yaşında məktəblinin orta təhsili bitirərkən müraciət etdiyi mövzuya baxın. Görəsən onu hansı xisləti o mövzu üzərində durmağa vadar edib?! Yeri gəlmişkən bu diplom işini çox oxumaq istərdim.

Bunlara baxmayaraq mən Zaranın israrla erməni olmadığını iddia edən “bizimkilər”i mən anlaya bilmirəm. Bu bəzi “bizimkilər” roma papasından daha üstün katolik olmaqlarını belə sanki sübut etməyə çalışırlar. Görəsən niyə?!

Azərbaycanın xalq artisti Eminə isə müasir azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!"

O ki, qaldı Zaraya, xalqımızın yaxşı bir sözü var " ilanın ağına da qarasına da lənət".

Cavid İsmayıl

 

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]