SON DƏQİQƏ

Mədəniyyət Nazirliyində yeni təyinatlar

Tarix:

28-06-2018, 13:21

/ 10 674 dəfə oxundu.
Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Fikrət Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə Vüqar Şixəmmədov, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzofəsinə isə Aslan Cəfərov  təyin olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ