SON DƏQİQƏ

"Ovçu" təqdim olundu

Tarix:

6-04-2018, 18:00

/ 10 625 dəfə oxundu.
"Ovçu" təqdim olundu

Gunaz.az xəbər verir ki, Bu gün Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun "Aprel döyüşləri"nə həsr etdiyi “Ovçu” tarixi romanının təqdimat mərasimi keçirilib. Təqdimata dəyərli millət vəkilləri, media nümayəndələri, aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli qəhrəmanlarımızın ailə üzvləri və qazilər dəvət olunmuşdur.    "Ovçu" təqdim olundu

 

Tədbir Millət Vəkili, Akademik Nizami Cəfərovun çıxışı ilə başladı. O qeyd etdi ki, Yunus Oğuz bir çox kitabların “Atella”, “Nadir Şah”, “Türkün gizli tarixi”, “Təhmasib Şah” , ”Əmir Teymur” kimi  tarixi romanların müəllifidir. Onun bu əsərləri tariximizin unudulmamasında böyük rol oynayır."Ovçu" təqdim olundu

Söz ilk olaraq Prezident Adminstrasiyasının İctimai Siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyevə verildi.Qafar Əliyev tədbirə dəvət almış diaspora nümayəndələri İsveçdən gəlmiş "Dünya Azərbaycanlılarının Milli Birliyi"nin sədri Cavad Derəxti, Almaniyada fəaliyyət göstərən "Dünya Azərbaycanlıları Assambleyası"nın prezidenti Rəşad Quliyev və Rusiyada fəaliyyət göstərən diaspora rəhbəri Mirkazım Seyidovu tədbir iştirakçılarına təqdim edərək onların Diasporamızın inkişafında fəaliyyətlərini müsbət qiymətləndirərək bildirdi: ”Bu insanlar uzun illərdir xaricdə yaşayıb haqq işimizin müdafiəsindədirlər. Aprel döyüşləri zamanı bizi istəməyənlər bizə qarşı hucuma keçəndə , bunlar həmişə bir əsgər kimi Azərbaycanın keşiyində durublar. Bu kitab  diasporamızın , bu insanların vasitəsi ilə gənclər və ictimaiyyət arasında vətənpərvərlik ruhda yazılmış bir kitab olaraq öz yerini tutacaq. Xaricdə diaspora nümayəndələri arasında  belə vətənpərvərlik mövzusunda olan kitabların təbliğinə böyük ehtiyac var. Biz adətən xaricdə təbliğat apararkən erməni vəhşiliyini stat gətirərək ermənilər bizi qırdı, əsir götürdü və s kimi ifadələr işlədirik. Biz bu ifadələri işlədən zaman bizi məzlum xalq kimi tanıyırlar. Məncə belə vətənpərvər, tarixi  mövzularda olan kitabların tərcümə edilib yayılması, tarixi filmlərlə, öz mədəniyyətimizlə, ağlımızla, təbliğatımızı aparmalıyıq. Qəhrəmanlarımızın ailə üzvlərinə minnətdarlığımı bildirirəm ki, belə qeyrətli oğullar böyüdüb vətənimizin müdafiəsinə veriblər. Allahdan qəhrəman şəhidlərimizə rəhmət diləyirəm. Yunus Oğuza isə belə bir qəhrəmanlıq səlnaməsində olan kitabı oxuculara təqdim etdiyi üçün sağ ol deyirəm."Ovçu" təqdim olundu

"Millət Vəkili Əflatun Amaşov  belə kitabın həqiqətən də çox faydalı olduğunu, cəmiyyətə fayda verəcəyini bildirdi: " Mən Yunus Oğuza sağ ol deyirəm ki, bizim tariximizi romanlar vasitəsi ilə xalqa çatdırır , tarixi roman yazmaq çətin olsa da o bunun öhdəsində layiqincə gəlir. Biz isə əlimizdən gələni etməliyik ki, bu qəhrəmanlıq kitabı olan "Ovçu"nu geniş auditoriyaya təqdim edək. "Ovçu" təqdim olundu

Tədbirdə millət vəkili Qənirə Paşayeva bu müthiş kitabın təbliğini məktəblərdə, universitetlərdə aparılmasını təklif etdi. O eyni zamanda bildirdi ki, "Ovçu" kitabına filmin çəkilməyi vacibdir. Qənirə Paşayeva bu fikirlərlə yanaşı qeyd etdi ki, “ Vətən dildə sevilmir, vətən sözdə sevilmir, vətən mənəvi, yaşadığın həyat boyu sevilir”. Millət vəkili televiziyada yayımlanan şou xarakterli verilişlərə  də öz tənqidi fikrini bildirdi və o qeyd etdi ki, insanları maarifləndirmək naminə bu tipli kitablardan istifadə edərək filmlərin çəkilməsi mütləqdir.

Daha sonra "Yazıçılar Birliyi"nin katibi Rəşad Məcid kitab haqqında fikirini bildirdi: " Mənim anam Yunus Oğuzun ən yaxşı oxucularındandır, o bu kitabı çəxdandır gözləyir mən onsuz rəy verə bilmərəm , anam rəy verəndən sonra mən öz fikirimi bildirəcəm…".

Tədbir digər iştirakçıların çıxışı və müzakirələri əsasında davam etdi.

Sonda Yunus Oğuz tədbir iştirakçılarına minnətdarlıq edərək:"Hələ istədiyimi axıra qədər yazmamışam, qəhrəmanlıq romanlarının davamı olacaq"la tədbiri sona çatdırdı.

Fəridə, Səidə

 

"Ovçu" təqdim olundu

 

"Ovçu" təqdim olundu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ