SON DƏQİQƏ
» » “Ögey ana” filmi ilə bağlı maraqlı fakt üzə çıxdı – VİDEO

“Ögey ana” filmi ilə bağlı maraqlı fakt üzə çıxdı – VİDEO

Tarix:

18-02-2018, 11:39

/ 1 679 dəfə oxundu.
“Ögey ana” filmi ilə bağlı maraqlı fakt üzə çıxdı – VİDEO

Balacadan-böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmində “İsmayıl” rolunun bu epizodlarını Ceyhun Mirzəyev yox, onun dublyoru oynayıb…

Gunaz.az xezerxeber.az-a istinadən bildirir ki, Hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev dublyor kimi canlandırdığı epizodlardan xüsusi zövq aldığını deyir. Onun sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və bir film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə “İsmayıl”a bənzədiyi üçün onu seçib.

Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsini də Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.

Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.

Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.

Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən bu alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ