“Bəxt üzüyü 2” filmi ekranlara ÇIXARILIR

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib.
Gunaz.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə Xalq artısti Afaq Bəşirqızı bildirib. 
Aktrisa deyib ki, filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbətova Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qəfər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb.
 A.Bəşirqızı bildirib ki, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. 
“Nüşabə xanım deyib ki, möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. 
“Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir.
Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.
Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib.
 “Bəxt üzüyü” Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır.
скачать dle 10.6фильмы бесплатно
Video