SON DƏQİQƏ

Bayraq üstdə qırğın elə, döyüşə get!

Tarix:

9-11-2017, 15:11

/ 1 394 dəfə oxundu.
Bayraq üstdə qırğın elə, döyüşə get!

"Bayraqları bayraq yapan üstündəki qan" - deyərək,

Savaş, can ver el uğrunda yan, -  deyərək,
Neçə-neçə ocaqları söndürdülər.
Yerə düşən bayrağını tapdalayan 
Kreslolu vəzifə düşkünləri
Bəlağətlə çıxış edib:
"Bayraq-qeyrət", - söyləyərək millətimin balasına 
Bayraq üstdə qırğın elə, döyüşə get!
Ancaq, ancaq "qan", - dedilər.
Şəhidlərin qan gölündən 
Üçrəngli bayraq allanıb.
Ana, gözün aydın olsun!
Bürüyübdü lal tabuta "tək balanı" bayraq alıb.
Dözümlü ol, möhkəm yaşa!
"Bir bayrağa qurban olsun 9 milyon can", - dedilər...
"Vətən, başın sağ olsun, ey xalq, qürurlan", - dedilər...
Bayraq üstdə qırğın elə, döyüşə get!Nərgiz Nazim

 

скачать dle 12.1

Şərhlər