SON DƏQİQƏ

Aygün Bayramovanın yubileyidir

Tarix:

4-08-2017, 15:06

/ 5 319 dəfə oxundu.
Aygün Bayramovanın yubileyidir

Bu gün xalq artisti Aygün Bayramovanın doğum günüdür. 
GUNAZ.az axşam.az-a istinadən bildirir ki, xanəndənin 50 yaşı tamam olur. Aygün Bayramova 1967-ci ildə Ağdam şəhərində anadan olub.
 
1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib. 
1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb. 
1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 
Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları - "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib. Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanıb. 
Qeyd edək ki, Aygün Bayramova mayın 23-də İran vətəndaşı olan iş adamı və ud ifaçısı Fəraməz Gərmrudi ilə ailə qurub. 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ