SON DƏQİQƏ
» » Qazaxıstanda görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib.

Qazaxıstanda görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib.

Tarix:

26-06-2017, 21:39

/ 3 236 dəfə oxundu.
Qazaxıstanda   görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib.


Əsər Rauf Hacıyevin anadan olmasının 95 illiyinə həsr edilib. Əsas təşəbbüskarı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olan Operettanın premyerası Qaraqanda Vilayəti Hakimiyyətinin dəstəyilə baş tutub. Şaxtaçılar Mədəniyyət Sarayında həyata keçirilən tamaşanın rejissoru isə Azərbaycanın əməkdar artisti Əli Usubovdur.

Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın əməkdar artisti Əli Usubovdur əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, Azərbaycan mədəniyyəti türk dünyasında təbliği üçün bundan sonra da belə tamaşalar ölkənin müxtəlif şəhərlərində səhnələşdiriləcək.
Qaraqanda Akademik Musiqili Komediya Teatrının səhnələşdirdiyi Premyera tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Zalın tərtibatı, afişa, reklamların hazırlanması və digər təşkilatı məsələlər yüksək peşıkarllıqla icra edilib.
Qeyd edək ki, 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Qaraqanda şəhərində ilk dəfə nümayiş etdirilib.
 
GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ