SON DƏQİQƏ

İlahi vergisi olan istedadlı Lalə - VİDEO

Tarix:

17-06-2017, 23:53

/ 5 274 dəfə oxundu.
İlahi vergisi olan istedadlı Lalə - VİDEO

Sənətkarın şəxsiyyəti sənətin mənbəyidir. Sənət əsəri sənətkarın şəxsiyyətindən, Allah vergisi olan istedadın sayəsində doğulur. Əlbəttə, mövzunu həyat verir. Həyat həqiqəti sənətkar şəxsiyyətindən, onun qəlbindən və zehnindən, tamamən mənəvi dünyasından keçərək müxtəlif bədii formalarda öz bədii-fəlsəfi təcəssümünü tapır. Əslində incəsənətin növləri və  janrları sənətkar şəxsiyyətinin özünüifadə formalarıdır. H.Heyne yazır: "Ölüm həyatın, musiqi isə sənətin son sözüdür”. Musiqi yaratmaq üçün dünyanın ritmini, həyatın ahəngini duymaq kifayət deyil, bunun üçün qəlbin, Allah əmanəti olan ruhun və şübhəsiz ki, ilahi vergisi olan istedadın olmalıdır. Bütün bunlar əldə edilmir, dünyaya gələndə insana bəxş edilir. 
Belə  istedadlardan olan  214 nömrəli məktəbin 4-cü sinif şagirdi , diplomant  Nəcəfova Lalə haqda cox yazmaq olar, amma onun pianinoda ifasını dinləmək kifayət edir ki, onun qeyr-adi istedadının şahidi olasan.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ