SON DƏQİQƏ

Həyatsevər şair M.P.Vaqif

Tarix:

27-04-2017, 17:37

/ 3 041 dəfə oxundu.
Həyatsevər şair  M.P.Vaqif

Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialının müdiri Firəngiz Salmanovanın təşkilatçılığı ilə 10 saylı musiqi məktəbində «Həyatsevər şair» adlı müsiqili, əbədi-bədii gecə keçirildi.
Tədbirdə kitabxana işçiləri, musiqiçilər, orta məktəb şagirdləri, şair və yazıçılar «Günaz.az» saytının, «Azad Azərbaycan» və «Həkəri» qəzetlərinin redaktorları iştirak etmişlər.
Tədbir Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur.
Sabunçu rayon 108 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şəhla Qulamovanın hazırlaşdırdığı şagirdlərdən: Fərəcov Maqsun – (Qacar), Həşimov Xalid – (Vaqif), Şahverənli Həsən – (Vəzir), Şirinov Ayaz – (Vidadi), Əliyev Mirzağa – (Qapıçı), Məmmədağa Pünhan və Ağabəyov Ağabəy – (keşikçilər) rolunda Səməd Vurğunun «Vaqif» dramından səhnələr nümayiş etdirdilər.
5-ci Muğam müsabiqəsinin diplomantı, Az.TV-nin solisti Maşallah Mirzəliyev, tarda Həsənağa Səmədovun, kamanda Elnur Salahovun müşayiəti ilə Molla Pənah Vaqifin qəzəllərindən və şeirlərinə bəstələnmiş muğam, təsnif və mahnıları məlahətli səslə ifa etdi.
Sonra söz «Həkəri» qəzetinin baş redaktoru, tədqiqatçı, «Günaz.az» saytının redaktoru, yazıçı, şair-publisist Rauf İlyasoğluya verildi.
Rauf İlyasoğlu tədbirə dəvət etdiyinə görə «Günaz.az» saytının baş redaktoru, «Azad Azərbaycan» qəzetinin redaktoru Bilman Allahverdiyevə, eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
M.P.Vaqif yaradıcılığından geniş və ətraflı söhbət açan Rauf İlyasoğlu sonra vətənpərvər ruhlu şeirlər söylədi. O, yenicə çap etdirdiyi «Dünya şöhrətli alim, karikaturaçı rəssam, Kərim Kərimov» adlı miniatür kitabını kitabxana filialına hədiyyə etdi və vaxtilə Maştağa sakinlərinin hələ 1918-ci ildə, eləcə də 1990-1994-cü illərdə Qarabağda gedən müharibədə silah-sursat cəhətdən köməkliklərindən, fədakarlıqlarından, eləcə də bu müqəddəs məkanda kəramətli seyid və üləmalardan «Dost sədaqəti kitabında geniş bəhs etdiyini bildirdi.
Jurnalist Bilman Allahverdiyev tədbir iştirakçılarına təşəkkürünü bildirdi və bu cür görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı.
Sonra xatirə şəkli çəkildi və bu tədbir hər kəsdə xoş ovqat yaratdı.
Rauf İlyasoğlu

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

Həyatsevər şair  M.P.Vaqif

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ