SON DƏQİQƏ
» » Müşfiqin heykəli niyə götürülüb? – RƏSMİ AÇIQLAMA

Müşfiqin heykəli niyə götürülüb? – RƏSMİ AÇIQLAMA

Tarix:

27-02-2017, 15:18

/ 968 dəfə oxundu.
Müşfiqin heykəli niyə götürülüb? – RƏSMİ AÇIQLAMA

Mətbuatda Mikayıl Müşfiqin Bakı şəhəri İnşaatçılar prospektində ucaldılmış heykəlinin söküldüyü ilə bağlı məlumatlar yayılıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamada "Azəravtoyol” ASC-nin heç bir qurumla razılaşdırma aparmadan bu işi apardığı öz əksini tapmışdı.
Məsələyə aydınlıq gətirmək üçün "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi saytımıza verdiyi açıqlamada abidənin yenidənqurma işləri ilə əlaqədar ərazidən götürüldüyünü bildirib:
"Heykəlin dağıdılmasından söhbət gedə bilməz. "Azəravtoyol” ASC vandal deyil ki, hansısa heykəli dağıtsın. Ərazidə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri zamanı zərər dəyməsin deyə heykəl müvəqqəti olaraq ərazidən götürülüb və hazırda anbarda saxlanılır. İşlər başa çatdıqdan sonra abidə əvvəlki yerinə yerləşdiriləcək. Həmin ərazidə əvvəlkindən 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.(Femida.az)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ