SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 13 Fevral

Tarix:

13-02-2017, 11:14

/ 7 442 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 13 Fevral

 Xanoğlan Məmmədov

Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. O, 1995-ci il martın 15-də Qazax-Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.

 ***

 Elvin Mirzəyev 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elvin Mirzəyev  2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Elvin Mirzəyev 1994-cü ilin 13 fevral günündə Xaçmaz şəhərində anadan olub. 
 
   

*** 


 Bəxtiyar Vahabzadə

Görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadə  bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. Onun  "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.  Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ