SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-11 Fevral

Tarix:

11-02-2017, 02:07

/ 10 703 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-11 Fevral

İsa Məmmədov

Qarabağ müharibəsi iştirakçısı, şəhid İsa Məmmədov 1994-cü ilin fevralın 10-da Xocavənd istiqamətində düşmənin qrad qurğuların və atəş nöqtələrini susdurmaq əmri alan tağım hücuma keçir. Bu döyüşün şiddətli anında fevralın 11-də ağır yaralanır və həlak olur. 27 yaşlı cəsur komandir ölümündən sonra Azərbaycan Respublika Prezidentinin 11 oktyabr 1994-cü il fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Evli idi, bir oğlu yadigar qalıb.
   

***

 

Rəşadət Piriyev  

Döyüşçü Rəşadət Piriyev  mühasirəyə düşmüş yaralı tağım kоmandirinin azad еdilməsi zamanı, tağımın apardığı döyüş əməliyyatında qəhrəmancasına şəhid оlmuşdur. 11 fеvral 1994-cü ildə Kəlbəcərdə şəhid оlmuşdur. Məzarının yеri dəqiq məlum dеyil.

 
 

 ***

 Elza İbrahimova

Azərbaycanlı bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova  "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür. Bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.

*** 

  Möhsün Sənani 
Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti, Qırmızı Əmək Bayrağı ordeni laureatı Möhsün Sənani Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılmışdır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan "Səbuhi""Bəxtiyar""O olmasın, bu olsun""Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir. M.Sənani 1981-ci il fevralın 11-də vəfat etmişdir.
 

 
 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ