SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 4 Fevral

Tarix:

4-02-2017, 11:50

/ 10 453 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 4 Fevral

 Lüfti Zadə

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lüfti Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda dünyaya gəlib. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində istifadə olunur. Lüfti Zadəyə ABŞ-ın Kaliforniya Universitetinin ömürlük fəxri professoru adı verilib.

 

***

Əlibaba Məmmədov

Görkəmli xanəndə, muğam ustası Əlibaba Məmmədov 1930-cu ilin bu günü anadan olub. Əlibaba Məmmədov öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti olan ustad xanəndə "Humayun" un ən mahir ifaçısı kimi tanınır. Onun bəstələdiyi 100-dən artıq mahnı və təsniflər xanəndələrin repertuarlarına daxil olub.

***

Tariyel Qasımov

Xalq artisti Tariyel Qasımov 4 fevral 1939-cu ildə anadan olub. O, 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. Aktyor Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm studiyalarında filmlərə çəkilib. Tariyel Qasımov "Ad günü”, "Axırıncı aşırım”, "Babək”, "Bizim küçənin oğlanları”, "Çilidə Gecə”, "Dağ meşəsindən keçərkən”, "Dairə”, "Dədə Qorqud”, "Doğma sahillər”, "Əlvida, yaşıl yay”, "Gənclik macərası”, "Gilas ağacı”, Həyat sən kiminsən?”, "Həyatın mənası”, "Hökm”, "Qorxma mən səninləyəm” kimi məhşur Azərbaycan filmlərində rol alıb.
 

*** 

Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülub. 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir. ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
 
 
скачать dle 12.1

Şərhlər