SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-30 Yanvar

Tarix:

30-01-2017, 12:03

/ 10 605 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-30 Yanvar

 Teyyub Axundov

Azərbaycan kinooperatoru, rejissor, ssenarist Teyyub Axundov 30 yanvar 1920-ci ildə anadan olmuşdur. 1952-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirmişdir. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. O, Görüş filmini (1955), Onu bağışlamaq olarmı? (1959), Poçt qutusu (1967), Romeo mənim qonşumdur (1963), Sehrli xalat (1964), Şərikli çörək (1969) və bir çox filmlərin quruluşçu operatoru olmuşdur.

 

  

***

 Elxan Əhədzadə 

Azərbaycan müğənnisi həmdə xalq artisti Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. E.Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak etmişdir. 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüşdür.

***

 Araz Dadaşzadə 

 Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, əməkdar elm xadimi Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur. 1989-cu ildə Araz Dadaşzadəyə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
 
 
 
 
 
 


 

Gunaz.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ