SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-26 Yanvar

Tarix:

26-01-2017, 09:48

/ 11 030 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-26 Yanvar

 Musa Abdulla oğlu Mirzəyev
 Azərbaycan Respublikasının Xalq artisti (2006).professor(2002).Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, təcrübəli pedaqoq, Prezident təqaüdçüsü."Şöhrət" və "Şərəf" ordenli bəstəkarı Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur. O, bəstəkar İlyas Mirzəyevin atasıdır. Musa Mirzəyevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.1982-ci il Azərbaycan SSR əməkdar incəsənət xadimi,2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti,2003-cü ildə Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni 2013-cü ildə İlham Əliyev tərəfindən "Şərəf" ordeni layiq görülüb.
  

***

Elmar Abdullayev 

  Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru, Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq  kəndində anadan olub.1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub.Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Elmi əsərlərin ümumi sayı 130, xaricdə çıxmış elmi əsərlərin sayı 46 və müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 25-dir. Onlardan15-i sənayedə tətbiq olunub.
 
 

 ***

  Qurban Məsimov

Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində,1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasıının vokal şöbəsində təhsil almışdır. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm  verilişinin aparıcısı və rejissoru olmuşdur.  

 ***

 
 
Firudin bəy Köçərli  
Görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. O, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsində dərs deyib, 1906-cı ildə Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Firudin bəy Köçərli Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ildə Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
 

Gunaz.az



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər