SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-24 Yanvar

Tarix:

24-01-2017, 09:31

/ 9 491 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-24 Yanvar

 

  Sabir Məmmədov

 Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmiş, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu), Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu), Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin) və s.
 

 ***

Vəliyev Eldar  

 

Vəliyev Eldar İsmayıl oğlu Bakıda (Azərbaycan SSR) 24.01.1951 il anadan olub, əslən Laçın rayonunun Piçənis kəndindəndir. Fizika - riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, əməkdar elim xadimi Vəliyev EIdar 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (S. M. Kirov adına) Fizika fakültəsini bitirib. O, 1973-cü ildən 1976 ilə qədər aspirant, 1977-ci ildən 1980-ci ilə  qədər kiçik elmi işçi. 1980-ci ildən 1988-ci ilə qədər baş elmi işçi, 1988-ci ildən 2008-ci ilə qədər aparıcı elmi işçi olarak Ukrayna Elmlər Akademiyasının Radio Fizika və Elektronika İnstitutununda (Xarkov) çalışmışdır.

***

  Kamran Bağırov

 Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.
 


 

 

 

 

 ***

 Əbdül Xalıqov   

Əbdül Xalıqov Süleyman oğlu Azərbaycan SSR DTK-nın sədr müavini 24 yanvar 1915-ci ildə Rusiya İmperiyasının Amur vilayətinin Blaqveşenskiy zavod kəndində anadan olmuşdur. 

 

 

 

 

 



Gunaz.az


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ