SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 15 Yanvar

Tarix:

15-01-2017, 16:19

/ 8 197 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 15 Yanvar

Bu gün Azərbaycanın xalq şairi, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı Nəbi Xəzrinin vəfatı günüdür. 1924-cü ilin dekabrında Bakının Xırdalan kəndində anadan olan Nəbi Xəzri 2007-ci ilin 15 yanvarında insult keçirərək vəfat edib və I Fərxri Xiyabanda dəfn olunub
Nəbi Xəzrinin ən ümdə cəhəti odur ki, o, poeziyaya necə utancaq, saf  bir gənc kimi gəlmişdisə, elə o cür də getdi. "Poeziyadan getdi”, deyərkən əslində elə "dünyadan köçdü” ifadəsini səsləndirməyə çalışdıq. Çünki əsl şair yalnız dünyasını dəyişəndə poeziyanı tərk edir ki, Nəbi Xəzri də onlardan biridir.  Şeirlərindəki saflıqla lirikanın, müdrikliklə inamın, optimistliyin vəhdəti də həmin o "gənc”in utancaqlığından formalaşdı və sonadək bu cür davam etdi. 
Nəbi Xəzri həm Dövlət Teleradio Komitəsi sədrinin, həm də Mədəniyyət Nazirinin müavini kimi yüksək postlarda çalışıb. Amma poeziyasındakı təmizliyi bu postların ağırlığı və başqa cəhətləri heç vaxt özünə tərəf çəkə bilməyib.
Bir vaxtlar şeirlərinə ən çox musiqi bəstələnən şair Nəbi Xəzri idi. Amma çox təəssüf ki, bu gün onun sözlərini oxuyan müğənnilər belə, bəzın müəllifin Nəbi Xəzri olmasını bilmirlər.
Nəbi Xəzri haqqında maraqlı faktlar:
-  O hələ balaca olarkən bir ildə 3 qardaşı ard-arda rəhmətə gedir. Bu itkilərdən sonra atası Kərbəlayi Ələkbər də dünyasını dəyişir.
-  Onu Səməd Vurğun bir şair kimi kəşf edir və ilk dəfə olaraq kitabı çıxmamış 20 yaşlı bir şairi Yazıçılar İttifaqına cəlb edir.
-  Külqabı  və qol saatlarını çox sevırmiş. 
-  Müharibədə çox ağır xəstələndiyi üçün təxris edilir və evə dönəndən doğma bacısı belə, onu tanıya bilmir. Bir ay ancaq su ilə qidalanır. Möhkəm xəstələndiyi üçün o zamanlar Bakı halisinin övliyyası olan Mir Möhsün ağanın da evinə aparılır və orada qidalanır.
-  Müslüm Maqomayevin ifa etdiyi məşhur "Azərbaycan” mahnısının sözlərini dünya şöhrətli müğənninin xahişindən sonra yazıb.
-  Böyük yazıçı İsa Hüseynovla da qohum olub.
-  Ölümünə yaxın aylarda  çox az hallarda insanlarla ünsiyyətdə olub. Hər şeydən imtina edərmiş .  
Bu gün xalq şairinin ölümündən 8 il ötür. Şairə Allahdan rəhmət diləyirik

 

 

 

"Unutmayaq, Unudulmayaq"- 15 Yanvar

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ