SON DƏQİQƏ

50 yaşlı futbolçu yeni müqavilə imzaladı

Tarix:

12-01-2017, 00:49

/ 7 125 dəfə oxundu.
50 yaşlı futbolçu yeni müqavilə imzaladı

Gələn ay 50 yaşını qeyd edəcək yapon futbolçu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil.
Hücumçu 2005-ci ildən formasını geyindiyi "Yokohama" klubu ilə anlaşmasının müddətini uzadıb. 
Qeyd edək ki, peşəkar karyerasını 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayıb və 1990-cı ilədək bu ölkədə çıxış edib. 1990-cı ildə vətəninə dönən Miura İtaliyanın "Cenoa" və Xorvatiyanın "Dinamo" klublarında oynamağa imkan tapıb. O, Yaponiya yığmasında keçirdiyi 89 oyunda 55 qol vurub.
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ