SON DƏQİQƏ
» » Cəlil Məmmədquluzadənin əsərləri Litvada çap edildi

Cəlil Məmmədquluzadənin əsərləri Litvada çap edildi

Tarix:

9-01-2017, 20:58

/ 6 443 dəfə oxundu.
Cəlil Məmmədquluzadənin əsərləri Litvada çap edildi

Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin "Nigarançılıq” adlı daha bir kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr edilib.
Kitaba görkəmli yazıçının "Danabaş kəndinin əhvalatları” povestindən bir parça, "Poçt qutusu”, "Kişmiş oyunu”, "Dəllək”, "Pirverdinin xoruzu”, "Fatma xala”, "Qurbanəli bəy”, "Quzu”, "Nigarançılıq”, "Konsulun arvadı”, "Xanın təsbehi”, "Qəssab”, "Zırrama”, "Rus qızı”, "Saqqallı uşaq”, "Buz”, "Hamballar”, "Bəlkə də qaytardılar”, "İki ər” hekayələri, "Niyə məni döyürsünüz” felyetonu və "Kamança” pyesi daxil edilib. Kitabın ideya müəllifi və ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Cəlil Məmmədquluzadənin əsərlərini litva dilinə Litva Dövlət mükafatı laureatı, Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçiMahir Həmzəyev tərcümə ediblər.
Cəlil Məmmədquluzadənin Litva duilində çıxan "Nigarançılıq” kitabında görkəmli karikatura ustaları Oskar Şmerlinq, Əzim Əzimzadə və qravüraçı rəssam Elturanın karikatura və rəsmlərindən istifadə olunub. Kitabın üz qabığında "Molla Nəsrəddin” jurnalının 1906-cı ildə çap olunmuş birinci sayından Oskar Şmerlinqin çəkdiyi "Müsəlman dünyasının oyanması” rəsm əsəri verilib. Annotasiyada Azərbaycan ədəbiyyatının klassiki, tənqidi realizmin və satirik mətbuatın banisi Cəlil Məmmədquluzadənin xalq həyatını realist şəkildə əks etdirdiyi, "insanların azad və ləyaqətlə yaşamasına mane olan halları satira atəşinə tutduğu” xüsusi olaraq qeyd edilib. Litvada nəşr olunan "Nigarançılıq” toplusu Cəlil Məmmədquluzadənin Baltikyanı ölkələrdə çıxan ilk kitabıdır.
Cəlil Məmmədquluzadənin "Nigarançılıq” kitabının tərcüməsi və nəşri Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Hazırda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsini dünyanın 25 dilində müqəddimə, fotolar və illüstrasiyalarla birlikdə çapa hazırlayır.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ