SON DƏQİQƏ
» » Telejurnalist canlı yayımda donma təhlükəsi yaşadı – VİDEO

Telejurnalist canlı yayımda donma təhlükəsi yaşadı – VİDEO

Tarix:

8-01-2017, 16:46

/ 4 829 dəfə oxundu.
Telejurnalist canlı yayımda donma təhlükəsi yaşadı – VİDEO

Bir neçə gündür ki, İstanbulu təsiri altına alan güclü qar "Kanal D”-nin xəbər buraxılışını təqdim edən müxbiri Fulya Öztürkə canlı yayımda çətin anlar yaşadıb.  
Zincirlikuyuda yaşanan tıxac barədə məlumat verən müxbir canlı yayımda donma təhlükəsi yaşayıb. 3 dəqiqəyə yaxın efirdə olan F.Öztürkün soyuq hava səbəbiylə danışmaqda çətinlik çəkdiyi də diqqətdən qaçmayıb. 
"Kanal D” Ana Xəbər spikeri Serdar Cebe "Aman Fulya, 'aman' deyirəm. Sən də diqqət et! Üzünü sil, donma təhlükəsi yaşaya bilərsən" - deyərək,müxbirə xəbərdarlıq edib. 
Qeyd edək ki, hazırda İstanbulda bir qar fəlakəti yaşanır. 2017-ci ilin 6 yanvar tarixində başlayan qar İstanbul və bir sıra şəhərlərdə həyatı iflic edib. Gəmi səfərləri təxirə salınıb, təyyarə səfərləri gecikir. Hətta İstanbul və Bakı arasında nəzərdə tutulan təyyarə reyslərində də gecikmələr və təxirə salınmalar var. 
Gunaz.az
скачать dle 12.1

Şərhlər