SON DƏQİQƏ
» » Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Tarix:

8-01-2017, 14:06

/ 3 769 dəfə oxundu.
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Goranboy rayon sakini Qaryağdı Həsənov dövlət rəmzimiz olan üçrəngli bayrağa sevigisini qeyri-adi formada nümayiş etdirib.

 O, Tatarlı kəndində inşa etdirdiyi evi üçrəngli Azərbaycan bayrağına bürüyüb. Ev tikilib ərsəyə gəldikdən sonra Qaryağdı Həsənov onu göy, qırmızı, yaşıl rəngə boyatdıraraq üzərinə ay-ulduz şəkli çəkdirib. Hündür ərazidə tikilən ev qonşu kəndlərdən də görünərək diqqət çəkir. Q.Həsənov ikimərtəbəli evin inşasına 2016-cı ildə başlayıb. Tikinti işləri sürətləndikdən sonra arzusunu reallaşdırıb. 2 otaqdan, 1 eyvandan ibarət olan evin 2-ci mərtəbəsində hələ ki, işlər yekunlaşmayıb. Cəbhə rayonu olan Goranboyun Tatarlı kəndində tikilən evə Q. Həsənov 5 min manatdan çox xərc çəkib. O, gələcəkdə evin dam örtüyünü də göy, qırmızı yaşıl rəngli keramika ilə örtəcəyini deyib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ