SON DƏQİQƏ
» » Bu il bazara üç ekranlı noutbuk çıxarılacaq - FOTO

Bu il bazara üç ekranlı noutbuk çıxarılacaq - FOTO

Tarix:

6-01-2017, 20:46

/ 3 751 dəfə oxundu.
Bu il bazara üç ekranlı noutbuk çıxarılacaq - FOTO

ABŞ şirkəti yeni noutbukunu təqdim edib.
ABŞ-ın "Razer” şirkəti "CES 2017” beynəlxalq sərgisində özünün yeni "Project Valerie” noutbukunu nümayiş etdirib. Noutbuk "G-Sync” texnologiyasını dəstəkləyən 3 ekrana malikdir. Cihaz "Nvidia GeForce GTX 1080” video kartı ilə təmin edilib. Üç displeyin hər biri 17,3 düym diaqonala malikdir.
"Razer” şirkətinin mühəndislərinin sözlərinə görə, əlavə displeylər istifadəçilərə xidmətdə heç bir narahatlıq yaratmayacaq.
"Project Valerie”, nəinki, oyun oynamaq üçün, videoların işlənməsi üçün də rahat şərait yaradır. Hər üç displey eyni anda fəaliyyət göstərir.
Noutbukun qalınlığı 4 santimetr, çəkisi isə 7 kiloqram təşkil edəcək. 
Yeni məhsulun bu il bazara çıxarılacağı gözlənilir.

Gunaz.az

Bu il bazara üç ekranlı noutbuk çıxarılacaq - FOTO

 

Bu il bazara üç ekranlı noutbuk çıxarılacaq - FOTO

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ