SON DƏQİQƏ

Çində yeni qanun etirazlara sebeb oldu

Tarix:

6-01-2017, 10:01

/ 2 899 dəfə oxundu.
Çində yeni qanun etirazlara sebeb oldu

Çinin şərqində dövlət orqanları oğlanların evlənərkən qızın ailəsinə ödədikləri məbləğin azaldılmasına çalışırlar.
Dövlət evlilik üçün məsrəfləri azaltmaqdan ötrü təklif hazırlayıb. Təklifdə qeyd olunur ki, oğlanın qız evinə ödədiyi məbləğ 60 min yuandan (təxminən 16 min manat), mərasimlərdə masaların sayı 10-dan, toy karvanındakı avtomobillərin sayı isə 6-dan çox olmamalıdır.
Lakin dövlətin bu qərarı vətəndaşların etirazına səbəb olub. Sosial şəbəkələrdə "Dövlət insanların ailə məsələlərinə qarışa bilməz, heç bir qanun ona bu haqqı vermir", - deyə etirazlarını bildiriblər.
Qeyd edək ki, son on ildə Çində evlənmək istəyən bir gəncin qız evinə ödədiyi məbləğin 100 min yuandan (təxminən 30 min manat) çox olduğu qeyd edilir.(axşam.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ