SON DƏQİQƏ
» » Günün qoroskopu: Sövdələşmə və anlaşmalar uğurlu olacaq

Günün qoroskopu: Sövdələşmə və anlaşmalar uğurlu olacaq

Tarix:

5-01-2017, 00:34

/ 8 089 dəfə oxundu.
Günün qoroskopu: Sövdələşmə və anlaşmalar uğurlu olacaq

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu gününqoroskopunu təqdim edir.
Qoç - əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın. Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın.
Buğa
- yeni tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil. Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.
Əkizlər
- maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq məsləhət deyil.
Xərçəng
-  yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda xoş təəssürat yaradacaqsınız.
Şir
- potensial iş yerinin sahibi və sifarişçi ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək. Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.
Qız
- yaşlı qohumlar sizi dinləməyə hazırdır. Alış-veriş üçün yaxşı gündür.
Tərəzi
- asan qələbələr günüdür. Şəraitin uğurlu məcrasından yararlanaraq gərəkli anda gərəkli yerdə olun. Sizə yardım edəcək insanları tapın.
Əqrəb
- bu gün yaranan ideyalar pis deyil. Onlar gərəkli formada reallaşarsa, sizi irəli apara bilər.
Oxatan
- yeni tanışlıqlar və romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. İmicdə dəyişikliklər etmək olar. İstənilən tədbirdə diqqət mərkəzində olmağa çalışın.
Oğlaq
- irəliləyin, kiçik problemlər və maneələrə rəğmən, məqsədlərə doğru hərəkət edin. Potensial tərəfdaşla görüş, planların müzakirəsi və peşəkar fəaliyyət müstəvisindəki hədəflərin müzakirəsi üçün əlverişli zamandır.
Dolça
- sövdələşmə və anlaşmalar uğurlu olacaq. Səfər və səyahətlər yaxşı nəticə vəd edir.
Balıqlar
- yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Lakin bütün bunlar ciddi münaqişəyə səbəb olmayacaq. Sözlərinizdə sərt, aqressiv olmayın. Hissləriniz barədə açıq danışın.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ