SON DƏQİQƏ

Dünyaca məşhur çantanın qiyməti şok etdi

Tarix:

14-09-2021, 11:20

/ 3 750 dəfə oxundu.
Dünyaca məşhur çantanın qiyməti şok etdi

Dünyaca məşhur geyim və aksessuar nəhəngi olan "Balenciaga" satışa çıxarılan yeni çantası ilə İngiltərədə gündəmə çevrilib. Satışa çıxarılan çanta qiyməti ilə sosial mediada tənqid hədəfi olub.

Çanta 1500 sterlinqə (təqribən 3500 manat) satışa çıxarılıb.

Bazar çantaları adlanan alış-veriş çantalarına bənzəyən çantanın ön tərəfində "Balenciaga"nın loqosu, var. Mavi, ağ və qırmızı damalı çantanın dana dərisindən olduğu bildirilir.

Çantanın qiyməti sosial mediada müzakirələrə səbəb olub. Bir çox izləyici istifadə etdikləri buna bənzər bazar çantalarının şəklini çəkərək sosial media hesablarında paylaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ