SON DƏQİQƏ
» » Məsut Özilün zolaqlı köynəyinin REKORD QİYMƏTİ

Məsut Özilün zolaqlı köynəyinin REKORD QİYMƏTİ

Tarix:

16-02-2021, 08:42

/ 5 629 dəfə oxundu.
Məsut Özilün zolaqlı köynəyinin REKORD QİYMƏTİ

"Fənərbağça”lı futbolçu Məsut Özilin imza mərasimi üçün xüsusi olaraq hazırlanan üç ədəd idman köynəyi 36 min 50 avroya satılıb.
GunAz.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə "sarı-lacivərdlilər”in rəsmi saytı xəbər verib.
İdman köynəklərinin www.matchwornshirt.com saytı vasitəsilə satışa çıxarıldığı bildirilib. Üzərində məşhur futbolçunun imzası olan zolaqlı köynək 26 min avroya, qızılı köynək 4 800 avroya, tünd göy rəngli köynək isə 5 250 avroya əldə olunub.
7 nömrəli zolaqlı idman köynəyinin adıçəkilən portal vasitəsilə indiyidək satılan ən bahalı geyim olduğu bildirilib.
Qeyd edək ki, buna qədər matchwornshirt.com ünvanından satılan ən bahalı idman köynəyi 13 min avroya alıcı tapan Neymarın PSJ forması olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ