SON DƏQİQƏ
» » Samsung yeni smartfonlarında yaddaş kartından imtina etdi

Samsung yeni smartfonlarında yaddaş kartından imtina etdi

Tarix:

16-01-2021, 10:09

/ 6 023 dəfə oxundu.
Samsung yeni smartfonlarında yaddaş kartından imtina etdi

Samsung yeni flaqman smartfonlarında yaddaş kartı yuvasından imtina etdi. 

Bu barədə "Android Police" nəşri xəbər yayıb.

Məqalədə şirkətin Galaxy S21, S21+ və S21 Ultra smartfonlarında yaddaş kartları üçün xüsusi yuvanın olmadığına diqqət çəkilir. Əvvəllər isə Samsung cihazlarında kart yuvası mövcud idi.

Qeyd olunur ki, bir müddət əvvəl Samsung şirkəti yalnız qatlanan Galaxy Z Fold2 və Z Flip smartfonlarında yaddaş kartının istifadəsindən imtina etmişdi.

Smartfonun yaddaşında daha çox məlumat saxlamaq istəyən istehlakçılar Samsung şirkətinin daha geniş yaddaş tutumuna malik (maksimum 512 GB) ən bahalı cihazını almaq məcburiyyətində qalacaqlar. Alternativ olaraq, istifadəçilər bəzi sənədləri "Cloud storage"-də saxlaya bilərlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ