SON DƏQİQƏ
» » 21 dekabrda nadir hadisə YAŞANACAQ: orta əsrlərdən bəri İLK DƏFƏ...

21 dekabrda nadir hadisə YAŞANACAQ: orta əsrlərdən bəri İLK DƏFƏ...

Tarix:

25-11-2020, 23:28

/ 1 434 dəfə oxundu.
21 dekabrda nadir hadisə YAŞANACAQ: orta əsrlərdən bəri İLK DƏFƏ...

Rays Universitetinin (ABŞ) astronomları 21 dekabrda Günəş batandan sonra gecə səmasında Yupiter və Saturnun bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıb.

GunAz.az xəbər verir ki, tədqiqatçılardan biri Patrik Hartiqan bu planetlər arasındakı yaxınlaşmanın təxminən 20 ildən bir baş verdiyini bildirib.

Lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar.

"Gecə səmada bu göy cisimlərinin bu qədər yaxınlığını görmək üçün 4 mart 1226-cı ilə qədər gözləməli olacağıq", - alim deyib.

Əlverişli hava şəraiti olarsa, səma hadisəsi Yerin hər nöqtəsindən müşahidə oluna bilər. Bunun üçün ən yaxşı şərait ekvatora yaxın məsafələrdə olacaq. (publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ