SON DƏQİQƏ
» » Mətbəxdə istifadə edilən bu tozun bilmədiyiniz MÖHTƏŞƏM FAYDALARI

Mətbəxdə istifadə edilən bu tozun bilmədiyiniz MÖHTƏŞƏM FAYDALARI

Tarix:

9-11-2020, 22:07

/ 1 482 dəfə oxundu.
Mətbəxdə istifadə edilən bu tozun bilmədiyiniz MÖHTƏŞƏM FAYDALARI

Adətən mətbəxdə istifadə edilən qabartma tozunun həm də kosmetik məhsul olduğunu bilən çox az insan var.

GunAz.az qabartma tozunu təmizləyici kimi istifadə edə biləcəyiniz müxtəlif metodları təqdim edir.

1. Sızanaqlarla mübarizə aparır

Dərinizdəki sızanaqların yox olması üçün sərt kimyəvi maddələrdən istifadə etməyinizə gərək yoxdur. Qabartma tozu sızanaqları həm qurudur, həm də dərinin pH səviyyəsini tənzimləyir. Quruluğun qarşısını alır. Bir çay qaşığı suya 2 çay qaşığı qabartma tozu qarışdırıb üzünüzü silərək effektiv nəticələr əldə edə bilərsiniz.

2. Dişləri ağardır

Qabartma tozunun digər bir özəlliyi isə dişləri ağartmasıdır. 1 yemək qaşığı qabartma tozu ilə dişlərinizi fırçalayın, 5 dəqiqə gözləyin və yuyun.

3. Dərini nəmləndirir

Nəmləndirici kremin içinə bir miqdar qabartma tozu əlavə edin. Cildinizin quru bölgələri bu qarışıq sayəsində uzun müddət təravətini saxlayacaq.

4. Dırnaqlara qulluq edir

Əllərinizi qabartma tozu əlavə edilmiş suyun içində saxlayın. Bunun sayəsində əllərinizdə mikroblar təmizlənəcək, dırnaqlarınızdakı sarı ləkələr yox olacaq.

5. Dəri rənginin tonunu açır

Daha parlaq dəri tonuna sahib olmaq istəyirsinizsə, qabartma tozu sizin üçün son dərəcə sadə və sağlam metod ola bilər. Az miqdarda suya iki yemək qaşığı qabartma tozu əlavə edin və yaxşıca qarışdırın. Qarışığı 1 dəqiqə ərzində üzünüzə masajla yeridin. Maskanı 5 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Bunu həftədə 1 dəfə yoxlayın.

6. Günəş şüalarının yanıqlarını müalicə edir

Günəş şüalarından zədələnən dəriyə fayda verir. 1 fincan suya 2 yemək qaşığı qabartma tozu əlavə edib qarışdırın. Təmiz bezi suya çəkib yanıq olan bölgələrə qoyun. 10 dəqiqə gözləyin. Gündə 2 dəfə tətbiq etsəniz, yaxşı nəticə əldə edəcəksiniz.

7. Bədəndəki pis qoxuların qarşısını alır

Yorucu və isti günlərdə tərləyirik və buna görə bədəndə xoşagəlməz qoxu əmələ gəlir. Qabartma tozunun antiperspirant təsiri yaratmasını istəyirsinizsə, onu xəmir halına gələnə qədər qarışdırın və tərləyən nahiyələrinizə sürtün. (publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ