SON DƏQİQƏ

Dinozavrlar hələ də yaşayır? - Şok sübutlar

Tarix:

14-07-2020, 08:48

/ 3 098 dəfə oxundu.
Dinozavrlar hələ də yaşayır? - Şok sübutlar

Paleontoloq alimlərin aşkar etdikləri daşlaşmış heyvan qalığı dinozavrların indiki Alyaska ərazisində yaşaması və çoxalması haqqında nəzəriyyəni təsdiq edir.

GunAz.az xəbər verir ki, bu barədə "Nyu York Post” qəzeti məlumat yayıb.

London İmperial Kollecindən Alfio Alessandro Kyarentsının rəhbərliyi ilə bir qrup alim Alyaskanın şimalında domeozavrid (onlar yırtıcı olub) fəsiləsinə aid cavan dinozavrın çənə sümüyündən bir hissə aşkar ediblər. Paleontoloqların fikrincə, tapılmış sümük qalığı aşkar olunduğu yerin yaxınlığında doğulmuş dinozavra məxsus olub. Söhbət 70 milyon il əvvəl yaşamış dinozavrın uzunluğu 14 mm olan alt çənəsinin daşlaşmış sümüyündən gedir.

Tədqiqatçılardan Toni Fyorillo vurğulayıb ki, indiyədək alimlər dinozavrların şimal rayonlarında ilboyu yaşayıb-yaşamadığı və ya o yerlərə miqrasiya etməsi barədə mübahisə ediblər. Lakin cavan dinozavrın çənəsinin qalıqlarının tədqiqi ilə əldə olunan nəticə bəzi dinozavrların şimalda nəinki yaşaması, həmçinin çoxalması barədə ilk fiziki sübutu təqdim edir. Tədqiqatın nəticələri alimləri "dinozavrların yaşamaq və çoxalmaq üçün soyuq iqlimi münasib hesab etməsi” fikrinə yönəldir və qarşıda duran məsələ bunu təsdiq etməkdir.Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ